Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Türkiyə mətbuatının yaydığı məlumata görə, hadisə bu gün yerli vaxtla saat 10.30-da (Bakı vaxtı ilə 12.30) İstiqlal küçəsinin girişində baş verib.
Partlayış nəticəsində 15 nəfər yaralanıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Yaralılardan 6-sı polis, 9-u mülki şəxsdir.
Yaralılar xəstəxanaya yerləşdirilib. Partlayışın kamikadze tərəfindən törədildiyi ehtimal edilir. Terror aktı polis əməkdaşlarına qarşı yönəldilib. Partlayış nəticəsində ölən kamikadzenin meyiti “Taksim” meydanındadır. Hadisə yeri nəzarətə götürülüb, araşdırmalar aparılır.
İstanbulun polis rəisi Hüseyn Çapqın da hadisə yerinə gəlib. O, mətbuata açıqlamasında partlayış nəticəsində 15 nəfərin yaralandığını təsdiqləyib və araşdırma aparıldığını bildirib.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır