Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Həmas Fələstin xalq cəhbəsinin liderlərindən biri Məhmud Əzzəhra açıq bəyan etdi: Əgər İsrail rejimi bir daha Qəzzə zolağına hücum edərsə mütləq bunun müqabilində ağır zərbələrə məruz qalacaq və öz çirkin məqsədinə çatmayacaqdır.
O, bildirdi: İsrail rejimi Qəzzə zolağına hücum etməzdən öncə gərək mütləq bu plani 1000 dəfə ölçüb bir dəfə biçsin.
Xatırladaq ki, Həmas Fələstin xalq cəhbəsi 2007-ci ildə demokratik seçkilər vasitəsi ilə xalqın rəğbətini qazanaraq Qəzzə zolaqının idarəçiliyini öhtəsinə almışdır. Bu gedişatdan razı qalmayan İsrail rejimi 2008-ci ilin axırlarında 3 həftə müddətində Qəzzə zolaqın hava və yerdən ən müasir ağır silahlarla odlu atəşlərə tutaraq 1400 dən artıq günahsız Fələstinli qadın və uşaqların həyatına son qoymuşdur.
Qeyd edək ki, İsrail rejimi 3 ildir Qəzzə zolaqını iqtisadi və hərbi mühasirədə saxlayır hətta Qəzzəyə göndərilən ilkin tibbi yardımda lazım olan tibb vəsaitlərinin və yeyinti məhsullarının qarşısını kəsir. Bir miliyon beşyüzdən artıq əhalisi olan Qəzzə əhalisi bu saat çox acınacaqlı vəziyyətdə yaşayırlar.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır