Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İngiltərə müdafiə nazirliyi məsələ ilə bağlı verdiyi açıqlamada, qəzanın nüvə təhlükəli olmadığını və hadisədə heç kimin yaralanmadığını bildirib.
Hadisə yerinə sahil mühafizə və xilasetmə əməkdaşlarının göndərildiyini bildirən nazirlik, su səviyyəsinin yüksəlməsi ilə axşam saatlarında sualtı qayığın yerindən tərpədilə biləcəyini vurğulayıb.
“Astute” adlı sualtı qayığı Böyük Britaniya Krallığı Dəniz Qüvvələrinin ən böyük və güclü hücum sualtı qayıqlarından biridir. Lakin oda qəzaya uğradı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad vacibdir.