12 oktyabr 2010 - 20:30

İran İslam Respublikasının Prezidenti Cənab Mahmud Əhmədinejad ilk dəfə olaraq Livan prezidenti Mişel Süleymanın rəsmi dəvəti ilə bu ölkəyə səfər edti. İki qardaş ölkələr arasında iqtisad və mədəni – maarif sahələrində yüksək işlər aparılmasından ötrü baş tutan bu səfərdə İ. İ. R-nın yüksək rütbəli dövlət heyətidə iştirak edir.

Əhli Beyt -ABNA– xəbər agentliyi xəbər verir: Bu gün sübh İ, İ. R-nın prezidenti Livana daxil olaraq Beyrut hava limanında dedi: İran İslam Respublikasının və Livan dövlətinin düşmənləri İki qardaş öıkəsini bir birinin kənarında gördükləri an qorxu və hürkü içərisində yaşayırlar. O, İ, İ. R-nın rəsmi heyətini qarşılamağa gələn Livanın milli məclisinin spikeri Nəbih Brri-yə xitab edərək dedi: Bu gün biz iki dövlət üçün başqa bir gündür.

Nəbih Brri dedi: Cənab prezident Əhmədinejad! Sizin ölkəmizə səfəri dostlarımızın sevincinə düşmənlərimizin isə narahatçılıqlarının artmasına səbəb oldu. Siz ölkəmizə səfər edəcəyinizi elan etdikdə bütün dünya gecə-gündüz bu məsələ ilə maraqlandı.

Cənab Məhmud Əhmədinejad Livanda dost ölkəsinin Xalq Azadlıq Təşkilatı “Hizbullah”ın sədri cənab Seyyid Həsən Nəsrullah, Livan prezidenti Mişel Süleyman, Baş nazir Sədul Həriri, Livan milli məclisin spikeri Nəbih Birri və digər tanınmış şəxsiyyətlərlə o cümlədən şəhid İmam Musa Sədrin ailəsi ilə görüş keçirəcək.

Diqqət: Xəbərdən istifadə edtikdə mənbəyə istinad lazımdır.