Əhl Beyt - ABNA – xəbər agentliyi xəbər verir: Faktxeber.com-un verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obamanın Azərbaycan səfirliyi üçün namizədliyini irəli sürdüyü Brayza, Qafqazın hər bölgəsində tanınan təcrübəli diplomat, Senat Xarici Əlaqələr Palatası tərəfindən 2-yə qarşı 17 səslə təsdiqləndi. Ancaq Bokser, Brayzanın təyin edilməsini donduraraq Senatın təsdiqinə mane oldu. Bu isə o deməkdir ki, senatorluğa yenidən seçilmək üçün Carli Fiorinaya qarşı mübarizə aparan Bokser, Kaliforniyadakı erməni cəmiyyətinin etimadını qazanmaq istəyir.
Digər tərəfdən, Kanzaslı senator Sam Brounbak, Obamanın Türkiyəyə göndərmək istədiyi Frank Rikiardonenin təyin olunmasına mane olmuşdu. Senatı bu yaxınlarda tərk edəcək Brounbak, xarici işlər naziri Hillari Klintona göndərdiyi məktubda, Rikiardonenin demokratiyanı dəstəkləmək və insan haqqlarını müdafiə etmək mövzusunda qeyri-kafi olduğunu bildirib. Təcrübəli diplomat olan Rikiardone, Qahirə və Kabil səfirliyinin köməkçisi vəzifəsində işləyib. O, türkcə sərbəst danışa bilr.
Azərbaycan və Türkiyə çətin bir bölgədə yerləşir və ABŞ-ın bu ölkələrdə yaxşı səfirlərə ehtiyacı var. Xatırladaq ki, ABŞ Ankaradakı keçmiş səfiri Ceyms Jeffrey, iyul ayında Türkiyədən ayrılaraq İraqa getmişdi. Azərbaycan səfirliyi isə 2009-cu ildən bəri boşdur. Diqqətini bir çox başqa problemə yönəldən Ağ Ev, Senata ABŞ prezidentinin namizədlərini təsdiqləməsi üçün etdiyi təzyiqlər bir qədər azalıb. Səfirlərin təyin olunmaması ancaq Bokser və Brounbakın seçki kampaniyasına köməkçi ola bilər. Ancaq eyni zamanda bu cür xarici siyasət ABŞ-ın Qafqazdakı nüfuzunu bir o qədər itirir. Artıq Qafqazda ABŞ-a güclü müttəfiq kimi baxılmır. ABŞ-dan soyuq münasibət görən Türkiyə isə, üzünü şərqə tərəf çevirib.
Emin Nəsirli
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.