Ayətullah Əmcəd İslam cəmiyyətində tanınmış simalardandır. Onun dəyərli tövsiyələri ilahi eşq yolçularına həmişə yardımçı olub. Hazırkı yazı Ayətullah Əmcədin ona ünvanlanmış suallara cavabları əsasında tərtib edilmişdir. Ustadın 40 tövsiyəsini istəkli möminlərin nəzərinə çatdırırıq:

1. Nə vaxt çətinliyə düşdünüz səcdə qılın və yunisiyyə zikri deyin: “La ilahə illa əntə subhanəkə, inni kuntu minəz-zalimin.”

2. 14 məsumdan savayı kimsəni, hətta arifləri mütləq müdafiə etməyin.

3. Ata-ananı hətta bir dəqiqə narahat etmək günahdır.

4. Meyar partiya və qrup mənafeyi yox, dini dəyərlərdir - yoxsa dinsiz olarıq.

5. Dünya ilə bağlı hər şeyi uduzun ki, qalib olasınız.

6. Quranı dərk edənədək oxuyun...

7. İnsan öləndə müridlərini, məqamı, kitabxanasını özü ilə aparmır – bunlar əsas deyil!

8. Təəssüf ki, bugünkü cəmiyyətimizdə düşünmək çox azalıb, bir çox problemlərin kökü bundadır.

9. Bu bir ifadə həyatı şirin edir: “Mən müqəssirəm!”

10. Cəhənnəm üfunətlə dolu olsa da, əməlsiz alimin pis qoxusu cəhənnəm əhlini ikiqat incidir.

11. Bir işi görüb-görməmək yox, niyyət mühümdür.

12. Bəndənin ən dərin sözü budur: “Allah var!”

13. Boş yerə o yan-bu yana qaçmayaq, Allahdan savayı iş düzəldən yoxdur.

14. Allah bəndəsinin dilənməsini sevir, amma insanların yox, Allahın qapısında dilənməsini!

15. Az da olsa yalnız Allah üçün iş görək.

16. Siz nəfsi tanımırsınız, onun öhdəsindən yalnız Allah gələ bilər. O (nəfs) böyük insanların arxasını yerə vurub.

17. Müştərək həyat qanunlar yox, güzəşt, həmkarlıq, səfa-səmimiyyət əsasında olmalıdır.

18. Vüqarı təkəbbürlə səhv salmayın.

19. Nəfsi aram edən yalnız ilahi eşqdir.

20. Elmi olan, amma helmi olmayan insan təhlükəlidir.

 

(аrdını izlə)