Əhl Beyt –ABNA– xəbər agentliyinin verdiyi xəbərə əsasən, Ekvadorun polis əməkdaşları onların imtiyazların ləğv olunmasını nəzərdə tutan qanunun qəbul olunmasına etiraz edirlər. Onlar Ekvador prezidenti Rafael Korreanı xəstəxanada blokadada saxlayırlar. Onun tərəfdarları polis kordonunu yarmağa müvəffəq olsalar belə amma xəstəxanaya daxil ola bilməyiblər. Polis kordonunu yarmağa çalışan nümayişçilərə qarşı polis gözyaşardıcı qazdan istifadə edib və rezin güllərlə ilə atəş açıb.

Prezident Rafael Korrean üsyançı polis əməkdaşları və müxalifəti dövlət çevrilişnə cəhd etməkdə ittiham edib. Ölkədə fövqəladə vəziyyət elan edilib.

Ekvadorun xarici işlər naziri Rikardo Patino üsyançı polis əməkdaşları ilə prezident Rafael Korreanın tərəfdarları arasında toqquşma zamanı yaralanıb.

Bu iğtişaşlarda bir nəfər həlak olub, 50 nəfər yaralanıb

Ekvador paytaxtı Kitoda üsyançılar bir necə telekanalın yayımını dayandırmağa cəhd ediblər. Onlar kazarmaları, paytaxt aeroportunu, yerli teleşirkəti Qama TV və ölkənin dövlət telekanalı Ekvador TV zəbt ediblər. Kito beynəlxalq hava limanı və bir necə hərbi baza da üsyançıların əlindədir.

Peru və Kolumbiya Ekvadorla sərhədini bağlayıblar. BMT, ABŞ və Kuba Ekvador prezidenti Korreana tam dəstəyini bildirib.

DİQQƏT : Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır.