Əhl Beyt – ABNA – xəbər agentliyinə verilən xəbərə əsasən Azərbaycanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 19-da saat 02.10-dan 02.20-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 04.10-dan 04.25-dək isə Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub. İtki yoxdur.
17 sentyabr 2010 - 19:30
Xəbər kodu: 196217
Erməni hərbi birləşmələri cəbhə xəttində atəşkəs rejimini pozmaqda davam edirlər.