Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən,Bakıda aparılan yenidənqurma işləri vətəndaşların sevincinə səbəb olsa da, 100-ə yaxın ailə çörəksiz qalıb. Bu siyahıya səyyar rəsm əsərlərinin satıcılarından əlavə, “Kitab pasajı”nın sakinləri də daxildir.
Qeyd edək ki, “Kitab pasajı” nəinki bakılıların, eləcə də xarici qonaqların ən çox sevdiyi məkan olub. Bu ərazidə suvenirlər, bəzək əşyaları, rəsm əsərləri, müxtəlif dillərdə kitablar açıq hava şəraitində ilin bütün fəsillərində satılırdı. Əfsus ki, “Fəvvarələr meydanı” təmir olunandan sonra küçə ticarətinə qadağa qoyulub. Hərçənd dünyanın bir çox inkişaf etmiş dövlətlərində suvenir malların və rəsm əsərlərinin açıq havada satışına yasaq yoxdur. Odur ki, işçilər Prezident Administrasiyasına müraciətdə qadağanın aradan qaldırılmasını xahiş ediblər.
Hazırda “Torqovı”nın ortasında dayanan satıcılar əhaliyə səslənib, onları mallara baxmağa dəvət edirlər. Satıcının dəvətini qəbul edirəm və məni özü ilə aparıb, bir qədər kənarda yerləşən mağazaların birinə gə