17 sentyabr 2010 - 19:30

Qəzzalıların yeni kabusu İsrailin sərhədə yerləşdirdiyi qatil texnikalardır. Kilometrlərlə uzaqdan nəzarət edilən bu texnikaların tətiyini çəkənlər isə 18-20 yaşlı israilli qadın əsgərlərdir.

Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən "Haaretz"ə  görə, İsrail ordusu üç ildir tam mühasirə altında saxladığı Qəzzadan çıxışları tamamilə kəsmək üçün sərhədə, kameralı ölüm texnikaları yerləşdirib. Üzərlərindəki kamera sayəsində sərhədi pozmağa çalışan qəzzalıları aşkarlayan İsrail əsgərləri kilometrlərlə uzaqdakı idarə mərkəzindən düyməni basaraq öldürürlər.

"Aşkarla və atəş et" (spot and shoot) adlı sistemlə indiyə qədər öldürülən qəzzalıların sayı rəsmi olaraq açıqlanmasa da, onların sayının 20-yə yaxın olduğu bildirilir.

Bu texnikalara nəzarət isə 18-20 yaşlı qadın əsgərlərə tapşırılıb. Qatil texnikalara gənc qızların nəzarət etməsinin səbəbi isə, kişi əsgərlərə cəbhədə ehtiyac olması və qızların qarşıdurmalarda iştirakın qadağan edilməsidir.

QIZLAR ÖLDÜRMƏ SƏLAHİYYƏTİNƏ SAHİBDİR

Bu sistem arxasında oturan qızlar, İsrail ordusunda atəş açaraq öldürmə səlahiyyətinə sahib olan yeganə qadın əsgər qrupudur. Hamısının monitorlarında Qəzza sərhədinə yerləşdirilmiş "Spot and Shoot" adlı sərhə