Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən, Şimal Kiprdə son iki il ərzində Yahova Şahidlərinə və Protestantlara aid iki kilsə ilə bərabər sinaqoq da istifadəyə verilib. Bunlardan biri də Girnedə fəaliyyət göstərən Lütf Kilsəsidir. Kilsənin pastoru (Protestant keşişlərinə "pastor" adı verilir - red) Kamal Başaran, verdiyi açıqlamada Şimal Kiprdə hazırda 300 ailənin xristianlığı qəbul etdiyini bildirib.

Şimali Kipr Türk Cümhuriyyəti Din İşləri İdarəsi başçısı Yusuf Suiçmez, müsəlmanları təzyiq altında saxlayıb digər dinlərin meydan sulamasına nəzarət edilməməsini, müsəlman Kipr xalqının dininə qarşı haqsız bir rəqabət mühiti yaratdığına diqqət çəkərək, "ictimaiyyətdə İslamiyyətlə əlaqədar dezinformasiya hökm sürür. İslamiyyəti ləkələməyə, Quran və İslam təhsili üzərində bir təzyiq yaratmağa çalışılırlar. Öz inancımız cəmiyyətdə bu qədər mükəmməl olduğu halda, digər dini ünsürlərin saf göstərilməsi və istismarçılığın görməməzliyə vurulması, çatışmazlıqların gizlədilməsi kimi bir mühit yaradır" - deyə bildirib.

Heç bir xristianın yaşamadığı məhəllələrdə kilsələ