Əhl Beyt – ABNA – xəbər agentliyinin verdiyi xəbərə əsasən Höccətul İslam vəl Muslimin “ Seyyid Həsən Amili “ Ərdəbilin Cümə Namazının xütbələrində qeyd etdi : Vilayəti Fəqih həqiqətdə Fəqihin ( Müçtehidin ) rəhbərlik etməsidir , buda İslam qanunlarının həyata keçməsi deməkdir . Nəticədə dünyanın ən sivil və tərəqqi etmiş ədalətli dövləti İslam qanunlarına istinad edən Fəqihin hakimiyyətidir .İran İslam Cumhuriyyətində “ Vəliyyi Fəqih “ - i müctehidlərdən ibarət eksperdiççiya qrupu təyin edir , eksperdiççiya qrup üzüvlərin isə xalq seçir . Eksperdiççiya qrupu Vəliyyi Fəqihin işlərinə nəzarət edir buda dünyada misli görünməmiş yeni bir demokratiyadır .
“ Seyyid Həsən Amuli “ Amerika və Avropalıların İran barəsində yalan uydurduqları “ İran Yer Üzərində Allah Hakimiyyətinin nümayəndəsidir “ iddialara cavab olaraq dedi : İran İslam Cumhuriyyəti baxmayaraq ki , qanunu Quran və Sünnədən götürülmüşdür lakin heç vaxt “ Allah tərəfindən yer üzündə nümyəndəyik “ idiasın etməmişdir , amma qateiyyətlə deyirəm ; “ Amerika dünyada öz çirkin və bəşərə zid olan siyasətin məzlum xalqlar üzərində yürütməklə Şeytanın bir başa yer üzərindəki nümayəndəsidir .
Amerikalılar cinayət baş verməmişdən öncə cinayətin qabağın almaq siyasəti ilə yüzlərlə günahsız insanları Pakistan və Əfqanıstanda öldürür və onların ev eşiklərin darmadağın edirlər , hal bu ki heç bir cinayət heç kim tərəfindən törədilməmişdir ! Amerikalılar hansı haqq ilə BMT – dən icazə almadan şiə ölkəsi olan İraqa yürüş etdi və milyonlarla insanların qanın bu ölkədə nahaq yerə axıdır .
Seyyid Həsən Amili təkid etdi ; Amerikalılar hansı məntiq ilə özlərinə BMT – də veto haqqın vermiş və dünyada özlərin digər xalqlardan üstün tuturlar ? ! Hansı məntiqlə onlar hələ cinayyət işi baş verməmişdən öncə güya onun qarşısın almaqdan ötrü digər müsəlman torpaqlarına hücum edir və günahsız insanları qətli amm edirlər ? ! Bu dünya üçün böyük fəlakətdir .
İmam Cümə Amerika və Avropalıların İranın atom enerjisi ilə bağlı yalançı iddialarına işarə edərək bildirdi : Amerikalılar çox gözəl bilirlər ki, biz atom bombası düzəltmək fikrində deyilik . Onlar bilirlər , atom bombası yüzlərlə günahsız insanların ölümünə səbəb oldüğu üçün bizim etiqadımızla zidd və haramdır .
İmam Cümə sözünə davam edərək dedi : İndidə avropalılar sərhəddin o tayında müxtəlif radar sistemlərin qoşmaqla və daxilə casuslar göndərməklə bizim daxili işlərimizə dəxalət edirlər .
Höccətul İslam vəl Müslimin Seyyid Həsən Amili Libiralizim və Sekolarizim məktəblərini sual altına apararaq bildirdi : Bu iki məktəb heç bir şəxsə xüsusi dəyər verməyir lakin təəssüflər olsun bu məktəbin ardıcılları əksinə olaraq dünyada özlərinə xüsusi hüquq qaildirlər , dünyada bu gün bu xüsusi hüquq çərçivəsində dolanır. Görəsən veto haqqı haradan meydana çıxıb ? Hansı məntiqə əsasən ATOM bobası olan ölkələr NPT – yə qoşulmaqdan vaz keçərək ATOM bomnbasından xəli silah olmaqdan çəkinir lakin eyni zamanda atom enerjisindən sülhamiz hədəflərdə istifadə etmək istəyənləri ATOM Bonbası düzəltməkdə suçuqlayarq bu işi onlara qadağan etdirirlər ? Dünyada “ ATOM silahları məhv edilməlidir “ şuarın verənlərin on minlərlə ATOM bombasına malik olmaları hansı mənanı daşıyır ?
Ərdəbilin İmam Cüməsi Amerika və Avropalıların Demokratiya və İnsan haqları yönümündə iki üzlülüyünə ,yalançılıqlarına işarə edərək bildirdi : Cavanlar düşmənlərin hiylələrinə düşməməkdən ötrü və onların göz qamaşdırıcı məkirlərindən uzaq qalmaqlarından ötrü gərək çox muğayat olsunlar. Özlərin cəmiyyətdə sivil tanıtdıran qərbpərəst düşüncələr Libiralizimdən tərəf bazlıq etmək əvəzinə gəlib Libiralizimdə mövcud təzadlara cavab versinlər .
Seyyid Həsən Amili Şəban ayının üçünə, İran İslam İnqilabının Keşikçiləri (Sepah) gününə işarə edərək Sepahın İslam İnqilabının çəkdiyi keşik və əziyyətlərdən səmimi minnətdarlığın bildirdi .
xəbər agentliyi – Pərisa necat .