17 sentyabr 2010 - 19:30

«Wall Street Greek»: «Azərbaycandan hərəkətə gətirilən quru qoşunları İranın nüvə obyektlərinin ələ keçirilməsində istifadə edilə bilər» «İran dünya neftinin 40 faizini ötürən Hörmüz boğazını minalarla və batırılmış gəmilərlə doldura bilər»

Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən «Dünyanın media qurumları İrana qarşı hücumun başlanğıcı ola biləcək hərbi canlanma mövzusunun üzərindən əsasən sükutla keçirlər. Son bir həftə ərzində yayılan xəbərlərə görə, Amerikanın quru qoşun qüvvələri İrana qarşı mümkün əməliyyatlar üçün Azərbaycandadır. Başqa xəbərlərdə isə təsdiqlənir ki, İrail qoşunları da amerikalılarla birlikdə Azərbaycana yerlişdirilib». Bu sətirlər «Wall Street Greek» qəzetində dərc edilmiş analitik materialda yer alıb. Məqalədə daha sonra deyilir: «Ötən həftə ərzində ABŞ-ın təyyarədaşıyan gəmilərdən ibarət döyüş qrupu Ərəbistan dənizindən cənubda Süveyş kanalından keçib. Xəbər mənbələrinə görə, İsrailin də bir döyüş gəmisi Amerikanın döyüş qrupu ilə birlikdə üzürmüş. Həmçinin İsrailin Səudiyyə Ərəbistanı ərazisində Tabuk şəhərindən İarana qarşı hava zərbələrinə hazırlaşdığı xəbər verilir. «The Times of London» qəzeti ötən həftə xəbər verib ki, Səudiyyə Ərəbistanı İsrailin İranın nüvə obyektlərinə zərbələr endirmək üçün öz hava sahəsindən istifadəsinə icazə verib. İndi isirarla cavab tələb edən sual bundan ibarətdir: İrana qarşı hücumun planlaşdırılması barədə bu xəbərlər doğrudurmu, yoxsa bütün bunlar iranlıları çaşqın vəziyyətə salmaq üçün yayılan dezinformasiyadır? Amma yayılan xəbərlərdə yer alan iddiaları gözdən keçirdikdə tükürpədici ehtimallar ortaya çıxır. Bu xəbərlərin aparıcı mətbuat orqanlarında az-az yer alması bəzilərinin bütün bunları şayiə hesab etməsinə səbəb ola bilər. Tənqidçilər bunu informasiya dumanına bənzədirlər. Amma yayılan xəbərlər məhz Amerika hərbi qüvvələrinin Əfqanıstana müdaxiləsinin prelüdiyasını xatırladır. Əgər bütün bunlar şayiə deyil, həqiqətdirsə, necə olacaq? Bunun müsbət və mənfi tərəfləri nədən ibarətdir? Strategiya nədən ibarət ola bilər? Hərbi əməliyyatların planlaşdırılması qorxulu və uzun sürən proses olacaq. Xəbər mənbələri prosesə Amerika və İsrailin hər ikisinin qoşulduğunu bildirirlər. Bu iki ölkə arasında münasibətlərin hazırkı durumunu nəzərə alaraq hər iki hökumət başa düşməlidir ki, İranın doğurduğu təhlükə əvvəllər güman edildiyindən daha böyükdür. Hərbi əməliyyatların koordinasiyası ABŞ, Rusiya, Azərbaycan, İsrail, Səudiyyə Ərəbistanı və ola bilsin ki, İraq və Küveyt arasında həyata keçirilməlidir. Bu isə hətta yaxşı zamanlarda da asan başa gələn iş deyil. Qoşunların Azərbaycana yerləşdirilməsi, əlavə döyüş gəmilərinin Qırmızı və Ərəbistan dənizlərinə çıxarılması və Səudiyyə Ərəbistanına əlavə hava qüvvələrinin yerləşdirilməsi göstərir ki, İrana qarşı hərbi əməliyyatlar qısamüddətli olmayacaq. Əksinə, bu, quru, hava və dəniz qüvvələrini əhatə edən uzunmüddətli birgə hərbi əməliyyatlar olacaq. Azərbaycan və Gürcüstanın aerodromları Amerika və İsrail təyyarələrini qəbul edə bilər. Amma onların əksəriyyəti sıx yaşayış sahələrinə yaxındır və mülki uçuş sahələri ilə ortaq ərazilərə malikdir. Həmçinin Gürcüstan və Azərbaycanda yerləşən aerodromlardan istifadə üçün Rusiyanın razılığını almaq lazımdır. ABŞ-ın başqa bir narahatlığı Azərbaycan və Gürcüstan aerodromlarının ABŞ təyyarələrinə xidmət göstərmək dürümünda olub-olmaması ilə bağlıdır. Azərbaycandan hərəkətə gətirilən quru qoşunları İranın Bonab, Təbriz, Moallem Kalayeh, Kalaj və Xəzər dənizi sahilində silah istehsalı mərkəzi olan Çalus şəhərlərində nüvə proqramı ilə əlaqəli obyektlərin ələ keçirilməsində istifadə edilə bilər. Regionda yerləşdirilmiş dəniz qüvvələri iki təyyarədaşıyan gəmi qrupunu və bir amfibiya döyüş qrupunu əhatə edir. Bu sıraya təyyarədaşıyan «Harri Trumen» və «Duayt Eyzenhauer» və helikopter daşıyan «Nassau» gəmiləri daxildir. Hər üç döyüş qrupu ABŞ-ın 5-ci donanmasına məxsusdur. Hər bir təyyarədaşıyan gəmi qrupu bir təyyarədaşıyan gəmi və onu təchiz və müdafiə etmək üçün 20-30 aralığında gəmidən, o cümlədən raket kreyserləri, freqatlar, təchizat gəmiləri və hücum təyinatlı sualtı qayıqlardan ibarətdir. Bu hərbi qüvvələr İranın Hörmüz boğazını bağlamaq cəhdlərinin qarşısını almaq və sahil müdafiə qüvvələrinin əl-qolunu bağlamaq üçün istifadə olunacaq. İran asanlıqla Hörmüz boğazını minalarla və batırılmış gəmilərlə doldura bilər. Hər gün dünya neftinin 40 faizinin məhz Hörmüz boğazından keçərək daşındığını nəzərə alsaq, bu heç də kiçik məsələ deyil. Hava qüvvələri başlıca elementdir. Səudiyyə Ərəbistanın Tabuk şəhərində Kral Abdul Əziz Hərbi Şəhərciyi və Kral Feysəl Hava Qüvvələri Bazası yerləşir. Həmçinin ABŞ-ın təlim missiyası da hazırda bu bazadadır. Tabukun unikal coğrafi mövqeyi var: bu şəhər İranın yeganə işlək nüvə reaktorunun yerləşdiyi Bəndər Büşəhr şəhəri ilə demək olar ki, bir xətt boyunca uzanır. Aralarındakı məsafə təxminən 1000 kilometrdir. Buradan qalxan hücum təyyarəsi Buşəhr reaktoruna raket buraxana qədər radar siqnallarından aşağı səviyyədə uça bilər. Düzgün planlaşdırma halında, iranlılar bu hücumdan yalnız nüvə reaktoru alov içində olandan sonra xəbər tuta bilərlər. Bu uçuş yolları vasitəsilə həmçinin Əraq (ağır su emalı), İsfahan (qaz anbarı) və Natanz (uran zənginləşdirilməsi) obyektlərinə qarşı da asan hücumlar təşkil edilə bilər. Hücumlar həmçinin Təbriz, Əhvaz, Bəndər-Abbas, İsfahan və Tehran yaxınlığında neft kəməri qovşaqlarını da hədəfə ala bilər. İranın neft-qaz hasilatını və nəqliyyatını dayandırmaq nüvə obyektlərinə hücum qədər ölümcül zərbə ola bilər. Bütün bu suallara isə zaman aydınlıq gətirəcək və bu, tezliklə baş verə bilər». Şahin