Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən Suriya prezidenti Bəşar Əsəd maraqlı açıqlama ilə çıxış edib. O deyib ki, əgər Türkiyə ilə İsrail arasındakı münasibətlər normallaşmasa, Türkiyə üçün bölgədəki bəzi problemli məsələlərin yoluna qoyulmasında rol almaq çətinləşəcək. Bu isə öz növbəsində münaqişə zonasında vasitəçilik missiyasının sona çatması və savaş ehtimalının artması deməkdir.
İspaniyada danışan Əsad İsrail-Türkiyə münasibətlərindəki gərginliyin bölgəyə zərər verdiyini bəyan edib. Onun sözlərinə görə, bu münasibətlərin pis olması bütün Orta Şərq üçün ciddi problemdir. Suriya prezidenti yaranmış durumun səbəbi kimi "Mavi Marmara" gəmisinə silahlı basqını göstərib və buna görə İsrailin suçlu olduğunu deyib.
Suriya ilə İsrail arasında sülh müzakirələrinə də toxunan Əsad Fələstinlə münasibətlərin normallaşmadığı təqdirdə, bu danışıqların pozitiv nəticə verməyəcəyini bəyan edib. O əlavə edib ki, hazırda iki ölkə arasındakı münasibətlərin gərginliyi müharibə ehtimalını artırıb.