Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən “ABŞ hakimiyyəti işğalçı Ermənistana və Dağlıq Qarabağdakı qondarma rejimə maliyyə yardımı ayırmaqla bir daha ermənipərəst mövqeyini nümayiş etdirib. ABŞ bir tərəfdən terrora və işğalçılığa qarşı mübarizə apardığını bəyan edir, digər tərəfdən isə terrorçu və işğalçı erməni rejimini himayə edir”.
Bu barədə Qarabağ Azadlıq Təşkilatının (QAT) bəyanat yayıb. QAT-dan APA-ya daxil olan bəyanatda daha sonra bildirilir ki, ABŞ bir tərəfdən İrana, Şimalı Koreyaya sərt sanksiyaların tətbiq olunmasına təşəbbüs edir, digər tərəfdən isə beynəlxalq hüquq normalarını tapdalayan, beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymayan erməni quldurlarına hərtərəfli yardım göstərir. Bu ikiüzlü və ikili standartlar siyasətidir: “Bu siyasət Azərbaycanın işğalçı Ermənistan qarşısında diz çökdürülməsinə, Azərbaycanın təslimçi sülhə məcbur edilməsinə, Dağlıq Qarabağın Ermənistana təhvil verilməsinə yönəlib. Bu maliyyə yardımı haqda qərarın ABŞ dövlət katibi Hillari Klintonun bölgəyə səfəri ərəfəsində keçirilməsi də xüsusi məna daşıyır və ermənilərə xüsusi rəğbətin göstəricisidir. Bu cür hərəkətlər Azərbaycanda antiamerika