Əhl Beyt-ABNA-xəbər agentliyinin verdiyi xəbərə əsasən Dahi sənətkar Məhmud Fərşçiyan Əsər barəsində belə söylədi : Önüzdeki tablo “Zamini Ahu” əsərinin ikinci qismətidir.Onun rəsmə alınması bir il dörd ay vaxt tələb etdi.mən bu əsəri İmam Rıza ağanın (əleyhis səlamın) eşqinə xatir çəkib Astane Qüdsi Rəzəvinin muzeyinə hədiyyə etmişəm.
Sənətkar Fərşçiyan bundan öncə də on iki müxtəlif əsərlərin o cümlədən “Yaradılışın beşinci günü “. “Aşura günü əsr vaxtı”,”Həzrəti Əlinin (əleyhis səlamın) Yetimlərə nəvazişi “ kimi əsərlərini bu muzeyə hədiyyə etmişdir.
Ustad Fərşçiyan İmam Rıza ağanın şəfaətinin onada şamil olmasını qeyd edərək bildirdi : İmam Rıza ağanın (əleyhis səlamın) Zərihinin çertiyojunun çəkilməsi mənim üzərimə düşdü lakin təssüflər olsun sağ qolumun əzələ nahiyyəsindən zədə almışdım,düzəlməsi üçün mütləq cərrahiyə əməliyyatına getməliydim,amma İmam Rıza ağa (əleyhis səlamın) öz lütfü ilə mənə şəfa verdi və qolum tez bir zamanda cərrahiyyə əməliyyatı aparılmadan düzəldi !
Fərşçiyan “Zamini Ahu-2” tablosu barəsində belə dedi : Bu əsrdə bir neçə çeyran təsvir olunur ki,ovçunun qorxusundan İmam Rıza (əleyhis səlama) pənah gətirirlər,ovçu bu səhnəni və İmamın əzəmət və heybətin görərək kamanın sındıraraq ovundan əl çəkir.
Dahi sənətkar Ustad Fərşçiyan bir çox dini və məzhəbi əsərlər xəlq etmişdir.O bir neçə müxtəlif medal və ordenlərlə təltif olunmuşdur.O cümlədən “Birinci dərəcəli incəsənət ordeni”,”İran İslam Respublikasının Hərbi incəsənət Qızıl medalı”,”Qızıl Oskar “,”İtaliya Qızıl İncəsənət medlı” və “Belçika Beynəl xalq incəsənət festifalının qızıl medalı” ilə təltif olunmuşdur.
Dahi sənətkar 1308-ci hicri şəmsi ilində,miladi tarixi ilə isə 1929-cu ildə iranın isfəhan şəhərində dünyaya göz açmışdır.