Şeyx Mürtəza Taliqani hicri tarixlə 1274-cü ildə Taliqanın Deyzan kəndində dünayaya göz açmışdır. Nəql olunur ki, Mürtəza bir çoban idi. Seyr-süluk üçün dağlara, səhralara üz tutmuşdu. Onun həyatı müqəddəs dərgahdan qopan bir səmavi qığılcımla dəyişdi. Çobanlıqla məşğul olduğu zaman bir səmavi nida duydu. Bu müqəddəs töhfənin təsiri bütün vücudunu sardı. Şeyxin bəzi yaxınları deyirlər ki, o, bir mələk səsi duyub. Bu zaman Şeyx Mürtəza büsbütün dəyişib Allaha minacat edir: "Ey Allah! Öz kitabını bizim hidayət olmağımız üçün nazil etdin. Əhd edirəm, nə qədər ki sağam, sənin müqəddəs təlimindən ayrılmayım." Şeyx Mürtaza, o ilahi qığılcımdan sonra yubanmadan evə qayıtdı. Xidmətçiləri azad etdi və qoyunları sahibinə qaytardı. Kəndin hörmətli ruhanisi Şeyx Məhərrəmin yanına yollandı. Ondan Quran oxumağı və yazmağı öyrəndi, hüzurunda bəzi ədəbiyyat kitablarını oxudu. Şeyx Məhərrəmdən bacardığı qədər faydalandı. Getdikcə elmə daha da susadı. Nəhayət, mühacirət etmək qərarına gəldi. Ata-anası, qohum-qardaşı ilə vidalaşıb elmin yüksək dərəcələrinə çatmaq üçün hicri tarixlə 1295-ci ildə - gənclik dövrünün ilk çağlarında Tehrana getdi. Tehran elm hövzəsi o zamanlar öz inkişaf dövrünü keçirirdi. Xüsusən "hikmət" və "irfan" sahəsində görkəmli ustadlar ərsəyə gəlmişdi. Şeyx Mürtəza üç böyük şəxsiyyətin - Mirza Məsih Taliqani, Mirza Əbülhəsən Cilvə və tanınmış alim Şeyx Məhəmməd Rza Qomşei kimi ustadların hüzurnda, ali səviyyədə din elmlərinə və dəqiq elmlərə yiyələndi. Öz biliklərini dərinləşdirmək üçün hicri tarixilə 1302-ci ildə İsfahan elm hövzəsinə üz tutdu. Şeyx Mürtəza 1302-ci ildən 1317-ci ilədək o bərəkətli hövzədə elmlə məşğul oldu. Orada Seyid Məhəmmədbaqir Dürçeyi İsfahani (hicri tarixlə 1342-ci ildə vəfat edib), Mirza Əbülməali Kəlbasi (hicri tarixlə 1315-ci ildə vəfat edib), Şeyx Əbdülhüseyn Məhəllati (hicri tarixlə 1318-ci ildə vəfat edib), Mirza Məhəmmədhaşim Çaharsuqi (hicri tarixlə 1318-ci ildə vəfat edib), Mirza Bədi (hicri tarixlə 1328-ci ildə vəfat edib), Nəcəfi İsfəhani (hicri tarixlə 1332-ci ildə vəfat edib), Mirza Cahangirxan Qəşqaşi (hicri tarixlə 1328-ci ildə vəfat edib), Axund Molla Məhəmməd Kaşi (hicri tarixlə 1333-ci ildə vəfat edib) kimi ustadların hüzurundan faydalandı. İsfahan hövzəsində olduğu on beş il müddətində öyrəndiyi dini elmlərlə yanaşı dəqiq elmlərlə yiyəlıəndi. Bundan başqa o, mərhum Arif Həkim, Mirza Cahangirxan Qəşqaşi və Axund Molla Məhəmməd Kaşinin hüzurundan yararlanıb seyr-süluk aləmində uca zirvələri fəth etdi. Şeyx Mürtəza hicri tarixlə 1317-ci ildə İsfahan elm hövəzində təhsilini başa vurduqdan sonra müqəddəs Nəsəf hövzəsinə yola düşdü. Şeyxin elm aləmində ən uca zirvəyə ucaldığı dövr məhz Nəcəfdə olduğu zamana təsadüf edir. Şeyx Mürtəza "məşrutiyyət" hərəkatına qoşulmadı. Axund Xorasaninin (r) "məşrutə" hərəkatına qoşulduğunu görən Şeyx, ondan uzaqlaşdı. Hətta məşrutə hərəkatı iştirakçılarının toplandığı "Hacı" mədrəsəsini tərk edib hicri tarixlə 1327-ci ildə tanınmış fəqih Seyid Məhəmməd Təbatəbai Yəzdinin yenicə təsis etdiyi "Seyid" mədrəsəsinə getdi. O, "Seyid" mədrəsəsində ilk məskunlaşanlardan idi. Elm hövzəsində Şeyx Mürtəzanın hüzurundan çox sayda tələbə və alim yararlanıb. Bu isə ona əta olan xüsusi ilahi mərhəmətin bariz nümunəsidir. O cümlədən: Ayətullah Seyid Əbülqasim Xoyi, Ayətullah Seyid Şəhabəddin Hüseyni Mərəşi Nəcəfi , Ayətullah Şeyx Məhəmməd Təqi Behcət Ğərəvi Fuməni, Ayətullah Əllamə Məhəmməd Təqi Cəfəri Təbrizi Əl-Zəkiyyə kimi böyük şəxsiyyətlər onun hüzurundan faydalanmışlar. Cənab Şeyx hansı səthdə olmasından aslı olmayaraq mümkün qədər tələbələrin tədrisi ilə məğşul olurdu. Bəzən bir gündə yeni tələbələrə "Sərfi-mir" kimi ibtidai dərsi tədris etməklə yanaşı, səthi yuxarı tələbələrə "Əsfar"ı da tədris edirdi. Yüksək elmi səviyyəsinə baxmayaraq ibtidai dərsləri tədris etməkdən imtina etməzdi. Onun adəti belə idi ki, gün çıxandan zöhr azanınadək tələblər üçün otağının qapısını tədris üçün açıq qoyardı. Hər dərs bir saat çəkərdi. Şeyx çox çalışardı. Onun günü dərs və ibadətlə keçərdi. Böyük şəxslərdən biri deyir: Həmişə çərşənbə axşamı otağın qapısını bağlayar, təkliyə çəkilərdi. O zaman onun hansı işlə məşğul olduğunu heç kəs bilməzdi. Təkcə bunu başa düşürdük ki, əxlaqi keyfiyyətləri qorumaqla, ibadətlə məşğuldur. O, hər bir işin zamanını bilirdi. Hər bir saat onun üçün dəyərli idi. Dərs və görüş üçün müəyyən zaman təyin etmiş və bundan başqa vaxtlarda heç kəsi qəbul etməzdi. Böyük şəxsiyyətlərdən biri deyir ki, bir gün ibadət saatında mərcəi-təqlid müctəhidlərdən biri onun görüşünə gəlir. Şeyx onu qəbul etməkdən imtina edir və deyir: "Başqa vaxt gələrsən!" Böyük şəxsiyyətlərdən biri deyir: "Otağına daxil olduğumuz andan başlayaraq Şeyxin cəlbeidici və moizə tipli söhbətlərinə valeh olurduq. Bəzən Allah qorxusu haqqında elə danışırdı ki, bizi də ağladır, özü də ağlayırdı". Ayətullah Mərəşi Nəcəfi nəql edib: Şeyx, zahid və abid idi. Dünyanın dəyərəsiz yalançı bəzəklərindən üz çevirmişdi. Çox oruc tutar və çox ibadət edərdi. Aza qane olardı. Qısa danırşardı. Ona görə ki, o, səmavi, ruhani bir şəxs idi. Onun gecə və sübh ibadətini görən, nə qədər daş qəlbli olsaydı belə təsirlənirdi. Ayətullah Şeyx Müctəba Behişti nəql edir: Şeyx Məhəmməd Nasiri Dövlətabadi atası höccətülislam Məhəmməd Baqiri Nasiri Dövlətabadi Şeyx Murtazanın şagirdlərindəndir. O, bizə nəql edib ki, Nəcəfin "Sədr" mədrəsəsində əzadarlıq məclisi qurulmuşdu, biz də orada iştirak edirdik. Orada tələbələr arasında müxtəlif mövzuları əhatə edən məsələlər barəsində dini bəhslər olurdu. Cümə axşamı günü idi. "Üsul"elminə aid bir mübahisə yaranmışdı. Bir qrup iddia edirdi ki,əsalət mahiyyətə əsaslanır. Digəri isə onun vücuda əsaslandığını deyirdi. Biz də ikinci iddianın tərəfdarı idik. Sözümüzü nə qədər müdafiə etsək də, nəhayət qarşı tərəfin dəlilləri bizi məğlub etdi. Bazar ertəsi Şeyx Mürtəzanın dərsinə getdik. O mədrsədən çölə çıxmamış, bizim mübahisə barəsində bir şəxsdən eşitməmişdi. Buna baxmayaraq dərs əsnasında dedi: “Ağa! Dərsə qulaq as! Dərs öyrəndiyin zaman dərsə qulaq as! Belə etmə ki, bir qulaqdan eşidib, o birindən çıxarasan, gedib mübahisədə "dörd kəlmə bilən"ə məğlub olasan və sənə "əsalətül-mahiyyət"i qəbul etdirsin! Bu ona görədir ki, dərsinə qulaq asmırsan!” Beləcə anladıq ki, onun cümə axşamında olan mübahisəmizdən dəqiq xəbəri var.