Əhl Beyt-ABNA-xəbər agentliyinin verdiyi xəbərə əsasən Bütün dünyada gözlər iqtisadi böhranla mübarizə aparan Avropadadır. Yunanistan böhrandan çıxmaq üçün Turizm sektoruna güvənir. Onlar turist cəlb etmək üçün qonaqlara cəlbedici təkliflər də edirlər.
Digər tərəfdən, ümidlər doğrulmur. Belə ki, maaşlarını ala bilməyən işçilər tətilə başlayıblar. Bu da hökumətin işini bir az da çətinləşdirib.
Böhrandan çıxmaq üçün hamının göz dikdiyi Avropanın 4 böyük ölkəsi Almaniya, Fransa, İngiltərə və İtaliya isə öz dərdindədir. Bu səbəbdən aparıcı Avropa dövlətləri kəmərləri sıxaraq, dövlət xərclərini maksimum dərəcədə azaldaraq büdcə kəsirlərini azaltmağa çalışırlar.
Avropadakı böhranın dərmanı olaraq görülən Almanyanın yürütdüyü maliyyə siyasəti isə etirazlara səbəb olur. Pul dedikdə ilk yada düşən şəxslərdən biri olan Corc Soros da Almaniyanın bu eqoist davranışını pisləyib.
Corc Soros Avronın kollapsa uğramasını da istisna etmir.
Bu yaxınlarda Almaniya Kansleri Angela Merkel 4 illik büdcə xərclərini 80 milyard avro azaldaraq 2013-cü ilə qədər büdcə kəsirlərini Avropa Birliyi standardlarına çatdırmağı hədəflədiklərini elan edib.
Angela Merkel ABŞ prezidenti Barak Obamanın Almaniyanın sosial xərcləri azaltmasını tənqid etməsinə baxmayaraq bu həftə büdcə ixtisarlarını müdafiə edib. Alman hökuməti həftə sonu Torontoda keçiriləcək böyük 20-lik Sammitində təziqlə üzləşəcəyini gözləmir.