Əhl Beyt-ABNA-xəbər agentliyi FAKTXƏBƏR-Ə istinadən,srağagün Yasamal Rayon Məhkəməsində dindarların işi üzrə məhkəmə prosesi davam etdi. Hakim Elçin Qurbanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı, ittiham olunanların vəkilləri və yaxınları, eləcə də zə-rərçəkmiş qismində şahidlər iştirak edirdilər. Xatırladaq ki, fevralın 13-də Məhəmməd Peyğəmbərin (s) vəfatı ilə əlaqədar Hacı Sultanəli məscidində əzadarlıq keçirəndən sonra Xocalı fəciəsinin ildönümü ərəfəsində Şəhidlər Xi-yabanını ziyarət etmək istərkən polis zorakılığı ilə üzləşən 5 nəfər dindarın - Elmar Səmədov, Elçin Abbasov, Seynur Hüseynov, Ağaəli Yəhyayev və Bilal Əhmədovun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilmişdi.
Prosesə sədrlik edən hakim Elçin Qurbanov əvvəlcə təqsirləndirilən şəxslər haqqında ümumi məlumat ve-rərək, onlara ittiham olunduqları maddəni xatırlatdı. Daha sonra şahid qismində prosesə dəvət olunan Yasamal ra-yon Polis İdarəsinin əməkdaşı, polis baş çavuşu, sürücü Mahmud Abdullayevin ifadələri dinlənildi. O, məlum ha-disə ilə bağlı qısa məlumat verərək bildirdi ki, dindarlar Nərimanovun heykəlinə qədər müşayiət olunublar. Hey-kəlin yanında isə münaqişə başlayıb. Çavuşun sözlərinə görə, 100-ə yaxın yürüş iştirakçısının təxminən 60 faizi həmin anda geriyə qayıtdılar. Yerdə qalan 40 faiz iştirakçı ilə polis arasında isə qarşıdurma yarandı. Və dindarlar əllərində tutduqları bayrağın taxtaları ilə polis işçilərinə xəsarət yetirdilər.
Çavuş öz ifadəsində daha sonra bildirdi ki, Elmar Səmədov Yasamal rayon Post Patrul Xidmətinin (PPX) rəisi, polis mayoru Sərvər Hüseynova daşla xəsarət yetirib. Seynur Hüseynov da polislərə daş atırdı. Amma vəkil-lərin suallarına verdiyi cavablar bu ifadənin yalan olduğunu üzə çıxardı.
Vəkil:
- Xəsarət yetirənlər konkret olaraq kimlər idi?
Çavuş:
- Adı Bilal idi, amma sifətdən tanımıram.
Maraqlıdır, polis nəfəri xəsarət yetirən adamı sifətdən tanımırsa, onun adını hardan bilir? Ən elementar məntiqə görə o, əvvəlcə ilk dəfə gördüyü adamın əvvəlcə adını yox, sifətini tanımalıdır. Polis nəfərinin cavabın-dan isə belə çıxdı ki, məhkəmə prosesinə göndərilərkən kimsə tərəfindən təlimatlandırılıb.
Bu yerdə vəkil üzünü təqsirləndirilən Elmar Səmədova tutaraq, - siz M.Abdullayevi hadisə yerində gör-müsünüz? -, deyə soruşdu. E.Səmədov isə çavuşu ilk dəfədir ki, gördüyünü bildirdi.
Vəkil daha sonra üzünü çavuşa tərəf tutdu:
- Siz təqsirləndirilən Elçin Abbasovu görmüsünüz?
- Xeyr.
- Seynur daşı kimə atırdı?
- Hamıya.
- Hamını döyürdü?
- ...
- Xəsarət alanları bəlkə bayraqla vurmuşdular?
- Bilmirəm, bəlkə də...
- Bəs nəyə görə ibtidai istintaqda E.Səmədovun hərəkətləri barədə müstəntiqə ifadə verməmisiniz? Onun polis mayoruna daşla xəsarət yetirməsi məhkəmədə yadınıza düşdü?
Çavuş M.Abdullayev bu suala konkret cavab verə bilmədi. Onun ifadəsi başa çatandan sonra şahid kimi ifadə verməyə gələn digər polis çavuşu - Firdovsi Əliyev zala daxil oldu. Və ümumi məlumat verərək özündən əvvəlki həmkarı kimi ifadəsini E.Səmədova qarşı ittihamlar əsasında qurdu. O da Elmarın daşla mayor S.Hüsey-novun baş nahiyəsinə xəsarət yetirdiyini söylədi. Amma vəkillərin ona verdiyi suallar bir daha ittihamın qondar-ma olduğunu üzə çıxardı.
Vəkil:
- Dediniz ki, Elmar polis mayorunu daşla vuranda görmüsünüz. Siz həmin yerdən hansı məsafədə idiniz?
Çavuş:
- 150 metr kənarda maşının yanında dayanmışdım.
- Sərvər Hüseynovun papağı deşilmişdimi?
- Deşilməmişdi.
- Daş hansı ölçüdə idi?
Çavuş əlinin hərəkəti ilə daşın təxminən 10 sm diametrlik ölçüdə olduğunu söylədi.
Vəkil:
- Səmədov, siz Firdovsi Əliyevi tanıyırsınızmı?
- Mən onu fevralın 14-də polis idarəsində görmüşəm.
Vəkil:
- Çavuş, bəs təqsirləndirilən Elçin Abbasov və onun hərəkətləri barədə nə deyə bilərsiniz?
- Heç nə.
Qeyd edək ki, mayor Sərvər Hüseynov öz ifadəsində onu kimin vurduğunu görmədiyini, papağının isə təxminən 7 mm ölçüdə deşildiyini bildirmişdi. Amma göründüyü kimi, "qartal gözlü" çavuş 150 metr məsafədən daş atanın (özü də indiyə qədər tınımadığı adamın - red.) kimliyini tanıyır, xəsarət alanın papağının deşilmədiyi-ni, daşın ölçüsünü açıq-aydın görür. Bu ifadənin yalan, yaxud doğru olduğunu söyləmək əlbəttə çətin deyil. Am-ma ziddiyyətli, məntiqsiz və çox qəribə olduğunu ayırd etmək olduqca asandır...
Digər şahid, Yasamal rayon PPX-nin baş çavuşu Azər Alıyev də eynilə özündən əvvəlki şahidlər kimi po-lis mayorunun E.Səmədov tərəfindən vurulduğunu, başından qan axdığını dedi. Təqsirləndirilən şəxsin vəkili isə həmin an Elmarın nəyə görə saxlanmadığını aydınlaşdırmağa çalışdı:
- Əgər hamınız daşın Elmar tərəfindən atıldığını görmüşdünüzsə, onda nə üçün onu tutmadınız?
Çavuş məntiqsiz cavab verdi:
- Həmin vaxt Elmar kütlənin içərisində idi.
- Siz Firdovsidən neçə metr kənarda idiniz?
- Ondan təxminən 10 metr qabaqda idim.
- Atılan daş hansı ölçüdə idi?
- Bilmirəm.
- Əgər Firdovsi bunu 150 metr kənardan görübsə, nisbətən yvaxında olan adam kimi sən də görməli idin.
Bu vaxt çavuş heyrət içində "neçə metrlikdən?" - deyə soruşaraq əlavə etdi:
- Mən 30-35 metr məsafədə idim.
Görünür, həmkarı Firdovsinin yüksək həssaslıqlı fenomenal görmə qabiliyyəti çox təəccübləndirmişdi. Hətta o dərəcədə ki, bir dəqiqə əvvəl məsafə ilə bağlı dediklərini unutmuşdu. Hesabla o, hadisə yerindən 150-10=140 metr məsafədə olmalı idi.
Yasamal Rayon Polis İdarəsinin əməkdaşı, İsayev soyadlı çavuş da ifadəsində Sərvər Hüseynovun E.Sə-mədov tərəfindən vurulduğunu təkrarladı. Və bunu özü ilə bərabər Firdovsinin də gördüyünü dedi. Bu vaxt vəkil müdaxilə etdi:
- Siz Firdovsi ilə Azərdən hansı məsafədə idiniz?
- 5-6 metr olardı.
- Siz Firdovsinin görüb görmədiyini hardan bilirsiniz?
- ...
Digər polis çavuşu Afər Nadirovun da ifadəsi ziddiyyətlərlə dolu idi. O, çavuş Teymur Şirinovun döyül-düyünü bildirsə də, konkret ad çəkməkdə tərəddüd etdi. Yalnız dövlət ittihamçısının sualından sonra təqsirləndiri-lən şəxsləri xeyli süzdü və Elçin Abbasovu göstərərək, - mən bilən bu idi, - dedi. Bu zaman vəkil məsələyə aydın-lıq gətirməyə çalışdı:
- Siz ibtidai istintaq zamanı E.Abbasosun barəsində heç bir ifadə verməmisiniz, indi isə Teymurun onun tərəfindən xəsarət aldığını deyirsiniz. Bunu necə başa düşək?
- ...
- Mayor S.Hüseynovun necə, kim tərəfindən vurulduğunu görmüsünüzmü?
- Xeyr.
Prokurorun müdaxiləsi:
- İbtidai istintaqda ifadə vermisiniz ki, T.Şirinova Bilal Əhmədov xəsarət yetirib, burda isə E.Abbasovu göstərirsiniz.
- ...
Bundan sonra Səbyel Rayon Polis İdarəsinin əməkdaşları şahid kimi ifadə verdilər. İlk ifadə verən polis baş leytenantı Sadiq Əsədov hadisənin hansı ayda baş verdiyini xatırlamasa da, dedi ki, təqsirləndirilən Ağaəli Yəhyayev bayrağın taxtası ilə çavuş Elşən Abbasova üç dəfə xəsarət yetirib. Amma vəkil ekspertizanın rəyini xa-tırladaraq, zərbənin sağlamlığa zərər yetirməsi səviyyəsində olmadığını bildirdi. Baş leytenant isə bu ziddiyyətin səbəbini ekpert qrupundan soruşmağı məsləhət bildi.
Vəkil:
- Çavuş E.Abbasov bayrağının taxtasının ona bir dəfə də