Əhl Beyt-ABNA-xəbər agentliyinin Pakistanın Kuveytə vilayətindən aldığı xəbərə əsasən İfratçı Vəhhabilərin “Sepahe Səhabə” və”Ləşkəri Cəhnqu”adlı terrorist qrupları Şiə məzhəbli “Muhəmməd Həsən” və ”Həsəneyn” adlı iki qardaşı vəhşicəsinə şəhid edərək onların “Nəvid” adlı əmisi oğlunu ağır yaralamışlar.
Xatırladaq ki şəhid olanlar Pakistan Şiələrinin tanınmış liderlərindən olan “Hac Məhmudun”övladları,yaralanansa qardaşı “Muhəmməd Əli Lala”-nın oğludur.
Kuveytə Şiələri hdisə ilə əlaqədar etiraz əlaməti olaraq “Səndimin” rayon xəstəxanasına tərəf yürüş keçirtmişlər.Lakin Polis məmurları aksiada iştirak edənlərə tərəf göz yaşardıcı qazlar ataraq,onları dubinka ilə döyüblər.
Qeyd edək ki,Son ildə Kuveytədə 330-şiə balası Vəhhabi terrorçuların qurbanı olmuşdur,ancaq Kuveytə şəhər polisləri bu facıələrlə bağlı heç bir iş görməmiş və terrorçuların gördükləri vəhşiliklərə göz yumaraq tutulan bəzi müttəhimləridə mühakiməsiz ,sorğu sualsız azad etmişlər.
Diqqətizə çatdıraq ki,baş vermiş hadisədən bir müddət öncə Kuveytə Şiələri “Şiə Soy Qırımına “qarşı etiraz aksiası keçirdərək bildirmişlər “Əgər bu Soy Qırıma son qoyulmazsa İyul ayının 4-də Pakistanın bütün şəhərlərində ölkə miqyaslı etirazlar keçirdəcəyik.”