Əhl Beyt-ABNA-xəbər agentliyinin xəbərinə əsasən,Çeçenistanda Doku Umarovun tutulması üçün irimiqyaslı əməliyyata başlanılıb. Rusiya mətbuatının yazdığına görə, xüsusitəyinatlılara Umarovun diri tutulması əmri verilib. "XIX əsrin əməliyyatı" adı verilən bu addım barədə əlavə heç bir məlumat verilmir. Sadəcə o məlumdur ki, Umarovun öldürülməsi yox, diri tutulması əmr edilib.
"Biz onları öldürəndə, onlar milli qəhrəman olur. Amma bu oturacaq, cavab verəcək, bağışlanmaq üçün dua edəcək" - deyə, əməliyyata rəhbərlik edənlərdən biri söyləyib
Qeyd edək ki, Doku Umarov Çeçenistan Prokurorluğunun əməkdaşının qaçırılmasında, İnquşetiyada FTX binasının partladılmasında, Kislovodsk elektrik qatarının partladılmasında, Beslanda məkətbin tutulmasında və Moskva metrosunun partladılmasında günahlandırılır.