Əhl Beyt-ABNA-xəbər agentliyinin xəbərinə əsasən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə başqan yardımçısı Ömər Çelik müzakirələr aparmaq üçün ABŞ-a gedib. Ömər Çelik Atatürk hava limanında jurnalistlərə verdiyi açıqlamada son vaxtlarda Türkiyə xarici siyasətindəki gəlişmələri müzakirə etmək və Türkiyənin mövqeyini izah etmək üçün Vaşinqtona getdiklərini bildirib. O, Türkiyənin siyasi istiqamətinin dəyişməsi iddiaları, Qəzzaya yardım gəmilərinə İsrailin hücumu və İran problemi ilə bağlı Ankaranın düşüncələrini tərəf müqabillərinə izah edəcəklərini deyib. Çelik bir həftə boyunca yəhudi lobbiləri və düşüncə quruluşları ilə görüşəcəklərini söyləyib.