Əhl Beyt-ABNA-xəbər agentliyi xəbər verir ki, ABŞ prezidenti Barak Obama İranın izolyasiyasının gücləndirildiyini təkrar-təkrar dilə gətirsə də, ekspertlər belə düşünmür. Obama konqresə ünvanlanmış prezident hesabatında bu barədə ağız dolusu danışır. Vitse-prezident Bayden də onların hakimiyyəti dövründə İranın daha artıq sıxışdırıldığını bildirib.
Bəs əslində necədir? Ağ Ev olduqca zəif qətnamə ilə öyünməzdən bir gün qabaq Türkiyədə Rusiya və İran rəhbərləri regional əməkdaşlıqların genişləndirilməsindən danışırdılar. New York Times yazır ki, İranın NATO üzvü olan Türkiyə ilə ağlasığmaz yaxınlaşması istənilən bir sanksiyanın təsir gücünü sıfra endirir. Təkcə ötən il İran prezidenti Əhmədinejad Kabul, İstanbul, Kopenhagen, Karakas, Braziliya, La-Pas, Seneqal, Qambiya, Uqandada isti görüşlər keçirib. Obamanın TŞ-də İranın xeyrinə 3 səs itirməsi ciddi xəbərdarlıqdır. Regiondakı vəziyyəti dəyərləndirmək üçün isə Türkiyənin Hizbullah və HƏMAS-la əlaqələrinin möhkəmlənməsinə diqqət yetirmək bəs edər.