Əhl Beyt-ABNA-xəbər agentliyi müsavata əsasən xəbər verir : Həyasız İsrail rejiminin Bakıdakı səfiri Mixael Lavon Lotemin adından müusavatın redaksiyasına rəsmi məktub daxil olub. Baş redaktor Rauf Arifoğluna ünvanlanan məktubda diplomat utanmadan qeyd edib :Aralıq dənizində Qəzzaya humanitar yardım aparan “Mavi Mərmərə” türk gəmisinə basqınla bağlı təhrif olunmuş informasiyaların bolluğu qarşılığında tərəfsiz məlumatlara da diqqət yetirin.
Səfir məktuba gəmi basqını ilə bağlı bir çox xarici KİV-lərdə, o cümlədən Qərb telekanallarında əksini tapan, gəmidəkilərin İsrail komandoslarına bıçaq, dəyənək və digər əşyalarla necə hücum etdiyini, onları gəmidən atdığını göstərən sehyonistlər tərəfindən montaj olunmuş kadrlardan, yardım aksiyasını təşkil edən İnsani Yardım Vəqfi (İHH) barədə məlumatlardan ibarət qondarma DVD diski və məqalələri də əlavə edib. “Heç şübhəsiz, biz hamımız məlumatları oxuyuruq və həm də reallığa xüsusi ”eynəklə" baxırıq, lakin inanıram ki, əgər həqiqəti əldə etmək üçün güclü təşəbbüs göstərsək, onda onu öyrənməyə də açıq olmalıyıq" deyə səfir yazır!
Məktuba əlavə edilən məqalələr arasında satqın nurçuların ABŞ-da yaşayan lideri yəhudilərin nökəri kimi tanınan Fətullah Gülənin İsrailin mövqeyinə yaxın fikirlərindən ibarət müsahibəsi, İHH-nin radikal dini qruplaşmalarla əlaqələrinə dair iddialar və digər məlumatlar yer alır.