Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan Livan Hizbullah təşkilatının lideri Seyyid Həsən Nəsrullahı Türkiyəyə dəvət edib
Türkiyə baş naziri Rəcəb Təyyib Ərdoğan Livan Hizbullah təşkilatının lideri Seyyid Həsən Nəsrullahı Türkiyəyə dəvət edib.
Faktxeber.com-un Küveytin “əs-Siyasə” qəzetinə istinadən verdiyi məlumata görə, bu səfər, Türkiyə baş nazirinin dəvəti ilə reallaşacaq.
Qəzetin yazdığına görə, Hizbullah liderinin Türkiyəyə dəvət edilməsi, Ərdoğanın islam dünyasında gün-gündən artan nüfuzunu daha da artıracaq. Digər tərəfdən isə İsrail rejimini daha da pis vəziyyətə qoyacaq.
Hal hazırda bu səfərin mümkünlüyü və Hizbullah liderinin bu ölkəyə səfəri zamanı təhlükəsizlyinin qorunmasının detalları haqda işlər aparılır.
Qəzet onuda yazır ki, bu səfərdən sonra Seyyid Həsən Nəsrullah Ərdoğanı Livana dəvət edəcək və onlar birgə şəkildə Livan Hizbullah üzvləri arasında çıxış edəcəklər.