İstanbulun “Çırağan” sarayında Azərbaycan prezidenti İlham Əliyevin və İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın görüşü olub.
Әhli Beyt-ABNA-xəbər agentliyi agentliylərə istinadən verdiyi xəbərə görə, görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olundu.
Dövlət başçıları siyasi, iqtisadi və energetika sahələrində əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi apardılar.
Görüşdə Azərbaycan ilə İran arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminlik ifadə olundu.