Əhl Beyt-ABNA-xəbər agentliyi press agentliylərinin verdikləri xəbərə əsasən İyun ayının 5-dən 6-na keçən gecə saat 00:20 ANS telekanalının efirində "ŞƏNBƏ GECƏSİ SEVİL NURİYEVA İLƏ" adlı verlişin növbəti buraxılışı efirə getməyib. Buraxılış mayın 31-də İsrail ordusunun insani yardım daşıyan altı gəmiyə silahlı hücumuna həsr edilibmiş. Verilişin anonsu telekanalda bir neçə dəfə getsə də, göstərilən vaxt efirə çıxmayıb
Verilişin hansı səbəbdən efirə çıxmaması barədə izahat verilməyib. Verlişə ekspert qismində DEVAMM sədri Hacı İlqar İbrahimoğlu, tanınmış politoloq Rasim Musabəyov, “Zerkalo” qəzetinin siyasi icmalçısı Rauf Mirqədirov qatılıblar və onlar beynəlxalq sularda baş vermiş cinayət barədə fikirlərini bölüşüb, polemika aparıblar.
Əldə etdiyimiz məlumata görə, politoloqların söhbətinə Türkiyədən İnsanı Yardım Vakfının rəhbəri Bülənt Yıldırım da qatılıb. Basqın zamanı gəmilərdən birində olan B.Yıldırım ANS-in studiyasında olanlarla öz fikirlərini bölüşdürüb.
Hazırlanmış verilişin efirə getməməsinin səbəbi kimi İsrail səfirliyinin telekanal rəhbərliyinə təzyiq göstərdiyi güman olunur.