Əhl Beyt-ABNA-xəbər agentliyi “AzərTAc”a istinadən məlumatına görə, görüşdə ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafından məmnunluq ifadə olunub.

İki ölkə arasında təbii qazla bağlı imzalanacaq sənədlərin Azərbaycan ilə Türkiyənin energetika sahəsində əməkdaşlığında yeni mərhələ olduğu bildirilib və bu sənədlərin əhəmiyyəti vurğulanıb. Azərbaycanla Türkiyə arasında energetika sahəsində və bütün digər sahələrdə əməkdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Prezident İlham Əliyev Aralıq dənizində baş verən son hadisələrlə bağlı Türkiyəyə tam dəstəyini ifadə edib, bu hadisə zamanı Türkiyənin günahsız mülki vətəndaşlarının öldürülməsi ilə əlaqədar başsağlığını çatdırıb. Dövlət başçısı Azərbaycanın bu məsələdə Türkiyənin yanında olduğunu bildirib.