Bolqarıstan prezidenti Georgi Pırvanov, Bolqarıstandan iki jurnalistin də içində olduğu "Mavi Mərmərə" gəmisinə silahlı hücumu sərt tənqid edib.  Slahlı hücum zamanı qətlə yetirilənlərə görə kədərləndiyini bildirən bolqar prezident, bu hücuma şahid olan iki bolqar jurnalistin tez bir zamanda azad olunmasını və Bolqarıstana geri qayıtmaları üçün lazım olan bütün şəraitin yaradılmasını bildirib. Qeyd edək ki, Bolqarıstan prezidenti hücumdan sonra Avropa Birliyi və BMT kimi beynəlxalq təşkilatların hücuma sərt reaksiya verdiyini və bunun normal olduğunu söyləyib. Mövzu ilə əlaqədar Bolqarıstan Xarici İşlər Nazirliyi, gəmilərdən birində olan Svetsolav İvanov və Valentin Vasilev adlı iki jurnalistin vəziyyətlərinin yaxşı olduğunu və ən qısa zamanda Bolqarıstana geri qayıdacaqlarını açıqlayıb.