İran Xarici İşlər Nazirinin sözçüsü: "Qarabağ Azərbaycanın tarixi torpaqlarıdır, bu ərazidə separatçı rejim tərəfindən keçirilən parlament seçkiləri qeyri-qanunidir"
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib ki, İran Azərbaycanın ərazi bütövlüyünü bu ölkənin müstəqilliyinin ilk günlərindən tanıyıb və tanıyır
Qeyd olunan seçkilərdə İİR tərəfindən müşahidəçinin iştirakı ilə bağlı bəzi xəbərlərin yayılmasının şayiə olduğunu bildirən Ramin Mehmanpərəst qeyd edib ki, İran tərəfindən heç bir fərd Qarabağda keçirilən parlament seçkilərində müşahidəçi qismində iştirak etməyib. Azərbaycan bizə dost və yaxın ölkədir, biz Azərbaycan dövlətinin Qarabağ məsələsi barədə mövqeyini dəstəkləyirik”. Məlumatı Mehr İnformasiya Agentliyi yayıb.