İran prezidenti Mahmud Əhmədinejad, Rusiyanın yeni sanksiya qərarını dəstəkləməsini tənqid edib
Faktxeber.com-un "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, Əhmədinejad bildirib ki, Rusiya liderləri İran xalqının onları da tarixi düşmənlər siyahısına almasına icazə verməməlidir. İran prezidenti Kerman əyalətində, 5+1 ölkələrinin İrana qarşı yeni sanksiya qərarı müzakirələrinə münasibət bildirib.
Rusiyanın bu qərara dəstək verməsini tənqid edən Əhmədinajad bildirib ki, İran və Rusiya iki qonşu ölkədir və təbii olaraq bir-birlərinin dostudur. Amma qeyd etməliyəm ki, dostca əlaqələrin də öz sərhədləri var. Bunun birinicisi qarşılıqlı hörmətdir.
Rusiya prezidenti Dmitri Medvedevin İran əleyhindəki ola biləcək yeni sanksiyalara bağlı açıqlamaları İran xalqı və dövləti üçün problemdir. Xalq bilmək istəyir: Onlar dostumuzdur, yoxsa başqa işlərin arxasındadırlar.
Öz çıxışının davamında Əhmədinejad "Viyana qrupuyla uran mübadiləsini nəzərdə tutan Tehran razılaşmasının ABŞ prezidenti Barak Obama üçün tarixi bir fürsət olduğunu söyləyib.
Əhmədinajad Obamadan fürsətləri yaxşı qiymətləndirməsini istəyərək, əks halda İran xalqının yeni bir fürsət verm