Mayis Güləliyev: "Hadisələr bu axarla gedərsə və müəyyən müddətdən sonra beynəlxalq aləmin qəbul etməyəcəyinə ümid edərək, barmaq barmağa vurmayacağıqsa, bir vaxtdan sonra beynəlxalq ictimaiyyət də belə seçkiləri qəbul edə bilər"
“Dağlıq Qarabağın rəsmi statusu ilə bağlı Azərbaycanla Ermənistan arasında saziş imzalanmayınca, əhalinin öz doğma yurdlarına qayıtmasına şərait yaradılmayınca, bu kimi seçkilər qanuni sayıla bilməz” – bu sözləri mayın 23-də Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağda separatçı rejimin keçirdiyi seçkilərə münasibət bildirən, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O eyni zamanda seçkilərin hüquqi əsası olmadığını da vurğulayıb. Mövzunu daha geniş şərh edən Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev FaktXeber.com-a bildirdi ki, hüququ subyektlər müəyyən edir. O ərazidə olan insanlar özləri bir qurum yaradıb, onun üçün müvafiq hüquq və fəaliyyət konstitusiyası müəyyənləşirsə, artıq həmin ərazidə hüquqi gücə malik olmuş hesab olunur: “Bu baxımdan məlum qondarma seçkilər Azərbaycan dövlətinin qayda-qanununa əsasən hüquqi gücə mailk deyil. Azərbaycan bir dövlət kimi və eyni zamanda beynəlxalq təşkilatlar da o qurumun keçirdiyi seçkiləri və strukturunu qəbul edə bilməz. Ona görə ki, beynəlxalq səviyyədə həmin qurum subyekt kimi qəbul olunmur. Əlbəttə orada keçirilmiş seçkilər yalnız həmin ərazidə olan insanların yaşayışı və fəaliyyəti üçün hansısa gücə malik ola bilər. Çünki, heç bir ölkə Dağlıq Qarabağın müstəqilliyini tanımır. Bu mənada həm xaricdən, həm də daxildən onun qiymətləndirilməsi var. Belə bir vəziyyətdə biz nə münasibət göstərməliyik? Deməliyikmi, hüquqi gücü olmadığı üçün özbaşına buraxılmalıdır? Onsuz da onu beynəlxalq aləmdə qəbul etməyəcəklər? Ancaq nəzərə almalıyıq ki, hadisələr bu axarla gedərsə və müəyyən müddətdən sonra beynəlxalq aləmin qəbul etməyəcəyinə ümid edərək, barmaq-barmağa vurmayacağıqsa, bir vaxtdan sonra beynəlxalq ictimaiyyətdə qəbul edilə bil