17 avqust 2010 - 19:30

Zərdüşt Əlizadə: "Biz ondan narahat olmalıyıq ki, hakimiyyətinin yürütdüyü antimilli siyasət belə seçkilərin tanınmasını təmin edəcək"

   

 

Bildiyimiz kimi bir neçə gün əvvəl Dağlıq Qarabağda parlament seçkiləri keçirildi.Beynəlxalq təşkilatlar və böyük güclər bu seçkiləri tanımasalar da, reallıq odur ki, baş tutdu. Əslində ermənilər Qarabağın Azərbaycana qaytarılmasında daha bir maneə yaratdılar. Məsələyə münasibət bildirən politoloq Zərdüşt Əlizadə Faktxeber.com-a bildirdi ki, ermənilər Dağlıq Qarabağda demokratik vəziyyətin qeyd olunması üçün çalışırlar: “Baxmayaraq ki, dünya siyasət elmində belə şəraitdə demokratiya ola bilməz. Bu, ona bənzəyir ki, okeanın ortasında ada yoxdur, amma suyun içində bir tonqal qalanıb. Demokratiya üçün müəyyən şərtlər, siyasi mühit və ənənə olmalıdır. Sadəcə, onlar həyasızcasına hadisələri izləyirlər və çox ustalıqla pərdələyə bilirlər. Azərbaycan və Ermənistanda keçirilən seçkilərə nisbətən özlərində daha demokratik seçkilərin keçirilməsini sübut etməyə çalışırlar. Gördüyünüz kimi saxtakarlıq və zorakılıq olmadan seçkilər keçirilir. Azərbaycanda və Ermənistanda bu istiqamətdə çox biabırçı faktlar qeydə alınır. Amma beynəlxalq ictimaiyyət bu oyunun formasını anlayır və açıq şəkildə deyir ki, seçkiləri tanımırıq”.

 

ATƏT-in Minsk qrupu və digər təşkilatlar seçkiləri tanımırlar, lakin necə keçirilməsini izləyirlər. Bizim seçkilərin də demokratikliyini tanımırlar, amma dövlət olduğumuz üçün seçkilərin nəticələrini qəbul edirlər – deyə bildirən Z.Əlizadə əlavə etdi: “Biz ondan narahat olmalıyıq ki, Azərbaycan hakimiyyətinin yürütdüyü antimilli siyasət belə seçkilərin tanınmasını təmin edəcək. Azərbaycanda vətənpərvər və xalqa xidmət edən siyasət olsaydı, onların əməllərinin sıfr dərəcədə faydası olardı. Hakimiyyətin siyasəti bilavasitə Qarabağın qopardılmasına və Ermənistanın ilhaqına xidmət etdiyinə görə onlarda ucuz siyasət müəyyən əhəmiyyət kəsb edir. Ə