İran İslam Respublikasının Azərbaycandakı səfirliyi mayın 23-də Dağlıq Qarabağ separatçılarının keçirdiyi “parlament seçkiləri” ilə əlaqədar açıqlama yayıb. Səfirlikdən Faktxeber.com-a daxil olan məlumatda deyilir: “İran İslam Respublikası Dağlıq Qarabağda keçirilən parlament seçkilərini tanımır və seçkilərlə əlaqədar İran İslam Respublikası tərəfindən həmin yerə heç bir nümayəndə ezam olunmayıb”.
Qeyd edəki ki, orada seçklərdə iştirakçı kimi adı gedən Mir Qasim Mömini isə onun haqqında deyilənləri Novosti Armenia saytının yalanı kimi qiymətləndirərək, bunu keçirilən seçkilərə legitimlik donu geydirmək məqsədi ilə həyata keçirib. Mənim Ermənistana səfərim arxeoloq kimi elmi xarakter daşıyıb. Onlar isə bundan sui- istifadə ediblər.