Əhli-beyt (əleyhimus-səlam) Beynəlxalq Xəbər Agentliyi -ABNA: Livan parlamentində Müqavimətə Sadiqlik fraksiyasının üzvü Həsən Fəzlullah bildirib ki, İsrailin Livan ərazisinin bir hissəsini işğal altında saxlaması səbəbindən bu ölkənin müstəqilliyi hələ də tam təmin olunmayıb.
O qeyd edib: Xarici qüvvələrin hökumətin qərarlarına, siyasətinin və mövqelərinin müəyyənləşdirilməsinə müdaxiləsi, eləcə də Livan hökumətinə livanlıların maraqlarına zidd olan seçimləri qəbul etdirməyə çalışması ölkə vətəndaşlarının mənafelərinə, birliyinə və qarşılıqlı anlaşmasına ziddir və yalnız həmin ölkələrin planlarına xidmət edir.
ABŞ Livanı daxildən məhv etməyə çalışır
Fəzlullah Qəlaviyyə qəsəbəsində müqavimətin İbrahim və Abbas Əliyan adlı iki şəhidinin anım mərasimində çıxışı zamanı bildirib: ABŞ hökuməti və xarici ölkələrin Livandakı səfirlikləri hər gün bu ölkənin əhalisini daxili qarşıdurmaya təhrik edir, bəzi qrupları digər qruplarla toqquşmaya sövq etməyə və ölkəni öz xalqının əli ilə məhv etməyə çalışırlar. O əlavə edib ki, ABŞ hökuməti digər ölkələrdə də eyni addımları atıb.
Livan parlamentində Müqavimətə Sadiqlik fraksiyasının üzvü İran İslam Respublikasının regionda yeni reallıq formalaşdırdığını bildirərək, İranın Livan torpaqlarının azad edilməsinə kömək edəcəyini vurğulayıb.
Sizin rəyiniz