Dünya dövlətlərinin tanımadığı qondarma Dağlıq-Qarabağ Respublikasında parlament seçkilərinə start verilib. Bu barədə Rian.ru xəbər verir. Səhər saat 8-də 16 dairəyə aid 273 seçki məntəqəsi fəaliyyətə başlayıb. Seçki məntəqələrindən biri də Yerevanda açılıb.

Separatçı rejimin məclisində 33 yer var. 17 yer proporsinal, 16 yer majoritar qaydada seçilir. Seçkilərdə 4 partiya mübarizə aparır: Azad Vətən, Arsax Demokrat, Kommunist və Daşnaksütun partiyaları.