Gürcüstan və İran üç aydan sonra viza rejimini ləğv edəcək. Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat rəhbəri Ramin Mehmanpərəst jurnalistlərin iştirakı ilə keçirilən dəyirmi masada bildirib, - “MigNyus” xəbər verir.
“Gürcüstan ilə İran arasında viza rejiminin ləğv edilməsi barədə danışıqlar artıq başlanılıb və bu proses təqribən üç aydan sonra başa çatacaq. İran ilə Gürcüstan arasında vizasız rejim tətbiq ediləcək”, - deyə mətbuat katibi bildirib.
İran KİV-lərinin məlumatına görə, hər iki ölkənin müvafiq orqanları buna öz razılığını verir və Mənuçöhr Möttəkinin yaxın vaxtlarda Gürcüstana səfəri zamanı viza rejiminin ləğv edilməsinə dair sənəd imzalanacaq.