Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Ayətullahul-üzma Hüseyn Vəhid Xorasani, Şiə Dünyasının nüfuzlu mərcə-i təqlidlərindən və din xadimlərinin görkəmli müəllimlərindən biri, illərlə elmi fəaliyyət, tədris və tələbə yetişdirmədən sonra 17 noyabr 2026-cı il səhər radələrində dünyasını dəyişdi.
Həzrət Ayətullahül-üzma Vəhid Xorasaninin ofisindən yayılan məlumata əsasən, məhum Ali Təqlid Mərcəsi illərlə təhsil, tədqiqat və Əhli-Beyt (əleyhimus-səlam) elmlərinin tədrisi, Əhli-Beytin (əleyhimus-səlam) müqəddəs hüdudlarının müdafiəsi, alimlər yetişdirməsi və dini şüarları dirçəltməsindən sonra Ali Məlaikuta qovuşdu.
Onun ofisinin rəsmi bəyanatında deyilir:
Bismillahir-Rəhmanir-Rəhim
İnna lillahi və inna ileyhi raciun
“Ya əyyətuhən-nəfsul-mutmainnə, irci'i ila rəbbiki radiyətən mardiyyə, fədxuli fi ibadi, vədxuli cənnəti.”
Ən dərin kədər və hüznlə, Əhli-Beyt (əleyhimüs-səlam) fəqihi, dünya şiəliyinin böyük mərcə-i təqlidi, İlahi alim və din xadimlərinin böyük müəllimi Həzrət Ayətullahül-üzma Vəhid Xorasaninin (Allah ondan razı olsun) vəfat etdiyini bildiririk.
On illərlə Al-Məhəmməd (səlləllahu əleyhi və alih) elmlərinin təhsili, tədqiqi və tədrisindən, Əhli-Beytin (əleyhimüs-səlam) müqəddəs hüdudlarının müdafiəsindən, Həzrət Vəli-Əsr (əccələllahu təala fərəcəhu) yetimlərinin himayəsindən, çoxsaylı fəzilətli alimlər yetişdirməkdən və dini şüarları, xüsusilə Siddiqəyi-Kübra, Həzrəti Fatimə Zəharnın (salamullahi əleyha) matəmini dirçəltməkdən sonra, o həzrətin şəhadət günlərindən sonra canını Canana təslim etdi və o İlahi fəqih bizi tərk etməklə İsmət və Təharət ailəsinə (əleyhimüs-səlam) səmimi məhəbbət bəsləyən bütün insanların qəlbini yandırdı.
Bu əvəzi ödənilməz itkini Həzrət Bəqiyyətullahül-Əzəmin (ruhumuz ona fəda olsun) müqəddəs hüzuruna, din xadimlərinə, fəqihlik və mərcəlik məqamına ehtiram bəsləyənlərə və bütün şiələrə başsağlığı veririk.
Ayətullah Vəhid Xorasani həzrətləri ilə vida mərasimi sabah, 18 noyabr 2026 tarixdə, saat 09:00-da, Məsuməyi Qumda, 19 Dey xiyabanı, Fatimiyyə Məscidindən Həzrəti Fatiməi Məsumənin Hərəminə doğru baş tutacaq, daha sonra o həzrətin mübarək cəsədi 19 noyabr 2026 tarixdə müqəddəs Məşhəd şəhərinə aparılaraq İmam Rzanın hərəmində torpağa tapırılacaqdır.
Həzrət Ayətullahül-üzma Vahid Xorasaninin (Allah ondan razı olsun) Ofisi
Həyatı və Təhsili
Həzrət Ayətullah Hüseyn Vəhid Xorasani 1921-ci ilin mart ayının 21-də (Hicri-şəmsi 1300-cü ilin Fərvərdin ayının 1-i) Nişapurda anadan olub. Dini elmlər təhsilinə Məşhəddə başlayıb və ədəbiyyat və hövzə səviyyələrini öyrəndikdən sonra dövrünün görkəmli müəllimlərindən bəhrələnib.
O, ali səthi bitirdikdən sonra Ayətullahlar Mirzə Mehdi İsfahani və Aştiyaninin xaric fiqhi dərslərində iştirak edərək ali içtihad dərəcələrinə çatıb. Əqli elmlərdə də Mirzə Əbülqasim İlahi və Mirzə Mehdi Aştiyani kimi müəllimlərdən bəhrələnib.
Ayətullah Vahid Xorasani 1948-ci ildə (1327) Rey şəhərində Ayətullah Seyid Məhəmməd Höccət Kuhkəməri ilə görüşüb və elmi müzakirələrdən sonra mütləq içtihad icazəsi almağa nail olub.
Nəcəfə köç və ali şəxslərin hüzurunda tələbəlik
O, artıq içtihad dərəcəsinə çatmışdı, lakin elmi əsaslarını tamamlamaq və Nəcəf elmi hövzəsinin mərcələrinin fiqhi və üsuli baxışları ilə daha yaxından tanış olmaq üçün 27 yaşında Nəcəfi-Əşrəfə yollandı və illərlə bu hövzənin görkəmli müəllimlərinin dərslərində iştirak etdi.
Onun ən mühüm müəllimlərindən biri Ayətullah Seyid Əbülqasim Xoyi idi. Ayətullah Vahid Xorasani onun görkəmli tələbələrindən və Ayətullah Xoyinin fiqh şurasının üzvlərindən sayılırdı.
Ayətullah Vahid Xorasaninin fiqh və üsul metodu müxtəlif baxımlardan Ayətullah Xoyinin fiqh məktəbindən təsirlənmişdi, eyni zamanda özünün xüsusi əsas və içtihad metodunu da davam etdirirdi.
O, həmçinin İmam Xomeyninin Nəcəfdə olduğu dövrdə onun dərslərində iştirak edirdi.
Nəcəfdə illərlə tədris
Ayətullah Vəhid Xorasani 1958-ci ildən (1337) illərlə ali səthin dərslərini keçdikdən sonra xaric fiqh və üsul dərslərinə başladı və təxminən 12 il Nəcəf elmi hövzəsində dərs deyib tələbə yetişdirdi.
1970-ci ildə (1349) İrana qayıtdıqdan sonra bir müddət Məşhəddə elmi fəaliyyət və dərs deməklə məşğul oldu, sonra həmin ilin payızında Quma köçdü.
Quma hicrət və hövzə müdərrisi
Ayətullah Vahid Xorasani 1970-ci ilin payızından Qum elmi hövzəsində xaric fiqh və üsul dərsləri deməyə başladı və sonrakı onilliklərdə onun dərsi Qum elmi hövzəsinin ən canlı və təsirli dərslərindən birinə çevrildi.
Onun üsul dərsi hövzədə ən dərin və dəqiq üsul dərslərindən biri kimi tanınırdı və bir çox fəzilətli şəxslər və tələbələr onun fiqhi və üsuli mövzularından bəhrələnmək üçün bu dərsdə iştirak edirdilər.
O, 2018-ci ilə (1397) qədər xaric fiqh və üsul dərslərini davam etdirdi, bundan sonra xəstəliyi səbəbindən rəsmi dərsləri dayandırıldı.
Elmi mövqeyi və fiqh metodu
Ayətullah Vəhid Xorasani müasir fiqh və üsulun görkəmli simalarından sayılırdı. Onun fiqh metodu "Ürvətül-vüsqa"nın şərhləri və sənədlərinin dəqiq araşdırılmasına və böyük şiə fəqihlərinin irsindən bəhrələnməyə əsaslanırdı.
Onun fiqh metodunda Şəhid-i Əvvəl, Şəhid-i Sani, Mühəqqiq Kərəki, Sahib-i Cəvahir, Mühəqqiq Səbzəvari, Şeyx Ənsari, Seyid Əbdülhadi Şirazi, Seyid Möhsün Həkim və müəllimi Ayətullah Xoyi kimi fəqihlərin əsərləri və əsasları müşahidə olunurdu.
Onun fiqh dərsinin xüsusiyyətlərindən dəqiq üsuli mövzuların fiqhi əsaslandırmalarla əlaqələndirilməsi və rəvayətlərə və nəqli sənədlərə xüsusi diqqət yetirilməsi idi.
Dini və ictimai fəaliyyətləri
Ayətullah Vahid Xorasani onilliklər boyu elmi və dini fəaliyyəti ərzində tədris və tələbə yetişdirməkdən əlavə, dini şüarların dirçəldilməsində və Əhli-Beyt (əleyhimus-səlam) məarifinə diqqət yetirilməsində mühüm rol oynamışdır.
Əhli-Beyt (əleyhimus-səlam) matəm məclislərinin keçirilməsi və gücləndirilməsi, xüsusilə Həzrət Siddiqəyi-Tahirə, Həzrəti Fatiməi Zəhranın (salamullahi əleyha) matəminə xüsusi diqqət yetirilməsi onun fəaliyyət illərində diqqət mərkəzində olan mövzulardan idi.
Onun ofisinin bəyanatında da "Əhli-Beytin (əleyhimüs-səlam) müqəddəs hüdudlarının müdafiəsi", "çoxsaylı fəzilətli alimlər yetişdirməsi" və "dini şüarların dirçəldilməsi" onun xidmətləri və fəaliyyətlərinin bir hissəsi kimi qeyd olunub.
Sizin rəyiniz