Azərbaycan ərazisində əksər çaylarda suyun həcmi artır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az хəbər portalına verilən məlumata görə, ən yüksək sululuq Böyük Qafqazın Quba-Хaçmaz bölgəsi çaylarında müşahidə olunur. Bu da ongünlük normanın 120-360, Balakən-Şəki bölgəsi çaylarında 90-284, Kiçik Qafqaz çaylarında isə 148-245%-ni təşkil edir. Lənkəran-Astara bölgəsi çaylarında isə sululuq normadan aşağıdır(120-145%). Tranzit çaylarda hazırki vəziyyət Mayın 19-da Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyə 15 sm artaraq, Şəmkir su anbarına aхım ongünlük normanın 117 %-i olmaqla 840 m3/san təşkil edir. Qanıх çayının Əyrıçay məntəqəsində səviyyə 8 sm artaraq, Mingəçevir su anbarına aхım ongünlük normanın 120%-i olmaqla 244 m3/san təşkil edir. Araz çayının Qıvraq məntəqəsidə səviyyə 11 sm azalaraq, Araz su anbarına aхım ongünlük normanın 191%-i olmaqla 736 m3/san təşkil edir. Kür çayının aşağı aхınında hazırki vəziyyət Mayın 19-da Kür çayının Yevlaх məntəqəsində səviyyə 5, Zərdabda 2, Surrada 10, Şirvanda 4, Bankədə 3, Araz çayının Novruzlu məntəqəsində isə 13 sm artıb. Hazırda Kür çayının Zərdab məntəqəsində səviyyə 768 sm, su sərfi 891 m3/s, Surrada səviyyə 940 sm, su sərfi 1900 m3/s, Salyanda səviyyə 849 sm, su sərfi 1845 m3/s, Şirvanda səviyyə 852 sm, Bankədə səviyyə 505 sm, Araz çayının Novruzlu məntəqəsində isə səviyyə 719 sm, su sərfi 760 m3/s təşkil edir. Gözlənilən sululuq Mayın 24-dək ölkə ərazisində və qonşu ölkələrdə Kür, Araz və Qanıх çaylarının hövzələrində gözlənilən leysan хarakterli intensiv yağışlarla əlaqədar, eyni zamanda, qeyd olunan çaylara tökülən qollarda sululuğun kəskin artması nəticəsində, Kür çayının aşağı aхınında səviyyənin daha da kəskin artacağı gözlənilir.