Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: Hərbi formada gördüyünüz dindar Elvin Sadıqovdur. 44 günlük savaşda könüllü olaraq Füzuli rayonuna gedərək şəhidlərimizin qüsl verilərək kəfənlənməsini təşkil edib. Bu şəkildə yanmış şəhidimizi yuyur. Çoxsaylı şəkil-fakt var. Məhkəmədə nümayiş etdirdim.
19.07.2020-ci ildə isə könüllü səfərbəylik üçün müraciət etmişdir.
Elvin Sadıqovun sabah Bakı Agır Cinayətlər Məhkəməsində yekun məhkəçə iclasıdır. Dindarların işi ilə baglı narkotiklə şərləyiblər. Təqsirsizdir. Anasını xəstəxanaya müayinəyə apararkən tutublar. Az yaşlı körpələri yolunu gözləyir. Ailəsinin yeganə qazanc gətirənidir. Məhkəməyə inanmıram.
Azadlığı üçün Allahdan möcüzə gözləyirəm. Allah qapısını açsın.
Vətən ogludur. Vəkil Osman Kazımov!
#vekil #haqq #haqqedalet #azadlıq #mehbuslara_azadlıq
Sizin rəyiniz