İraq baş qərargah rəhbəri Babkir Zəbari, təhlükəsizlik qüvvələrinin bu günə qədər terror təşkilatlarının 43 liderindən 32-ni məhv etdiklərini bildirib 

Faktxeber.com-un verdiyi məlumata görə, Zəbari jurnalistlər verdiyi açıqlamada bildirib ki, İraq xüsusi təyinatlı qüvvələrinin ölkədə fəaliyyət göstərən terrorist təşkilatların liderlərinin çoxunun öhdəsindən gəlib.

Aparılan əməliyyatlar nəticəsində terroristlərin bəzilərinin öldürüldüyünü və bəzilərinin də həbs edildiyini bildirib.

Zəbari həmçinin bildirib ki, terrorun ölkədə geniş yayılmasından sonra 2004-cü ildə xüsusi təyinatlı qüvvələr təsis edildi. Bu qüvvələr hal-hazırda böyük bir məharətlə terrora qarşı mübarizə aparırlar.