Əhli Beyt (əleyhimus səlam) Beynəlxalq Xəbər Agentliyi – ABNA: İslam İnqilabı Keşikçiləri Korpusunun Quru Qoşunlarının Qüds Qərargahının İctimaiyyətlə Əlaqələr şöbəsi elan edib: Sistan və Bəlucistan əyalətində sünni alimlərinin terror edilməsində və iki Polis xidmət qüvvəsinin terrorunda iştirak edən təkfirçi terrorçu qrupu kəşfiyyat qüvvələri tərəfindən müəyyən edilərək, təqib olunub və qrulaşma tamamilə məhv edilib.
İİKK Quru Qoşunlarının Qüds Qərargahının İctimaiyyətlə Əlaqələr şöbəsi açıqlamada bildirib:
Kəşfiyyat qüvvələrinin Amerika-sionist düşmənlərinə xidmətedən terrorçuları davamlı səylərdən sonra müəyyən edib. Allahın lütfü ilə, əyalətimizdəki sünni alimlərindən olan Şəhid Mövləvi Yusif Gerqiç və Şəhid Mövləvi Məhəmməd Ənvər Riginin terror edilməsində, eləcə də 19.04.1405-ci il (9 iyul 2026) tarixində Zahedanda Xanjak qatarında iki Polis xidmət qüvvəsinin sterror edilməsində iştirak edən təkfirçi terrorçu dəstəsi müəyyən edilib, kəşfiyyat qüvvələri tərəfindən təqib edilərək, tamamilə məhv edilib.
Zahedan su anbarında məhv edilmiş təkfirçi dəstənin digər ünsürlərinin və onların tərəfdarlarının müəyyən edilməsinin davamında, 13.07.1405-ci il (07. Oktyabr. 2026) tarixində bu dəstənin daha 2 üzvü öldürülüb.
Ümumilikdə, bu terrorçu dəstəsinin 8 ünsürü öldürülüb, 4 nəfər isə həbs edilib.
Qüds Qərargahı, əyalətin nəcib xalqına əməkdaşlıqlarına və terrorçuların sığınacaqları barədə məlumat vermələrinə görə təşəkkür edərək, bəzi aldadılmış insanları sionist-amerikan muzdlularına aldanmamağa çağırıb
Sizin rəyiniz