3755. İmam Əli (ə): «Hər azğınlıqçün bir səbəb və hər əhdi sındırmaq üçün bir şübhə var». (Nəhcül-bəlağə, xütbə 148)
3756. İmam Əli (ə): «Bilin ki, dinin hökmləri (şəriət) vahid və yolları məqsədə çatdırandır. Kim bu yollara qədəm qoysa, məqsədə çatar və xeyir qazanar. Kim bu yolları getməkdən imtina etsə, azğın və peşiman olar». (Nəhcül-bəlağə, xütbə 120)
3757. İmam Əli (ə): «Peyğəmbərimizin əhli-beytinə baxın, onların yol və üslubundan ayrılmayın... Onlardan qabağa keçməyin ki, yolu azarsınız və onlardan geri də qalmayın ki, məhv olarsınız». (Nəhcül-bəlağə, xütbə 97)
3758. İmam Əli (ə): «Kim hidayəti, onun əhli olmayandan istəyərsə, yolunu azar». (Ğurərul-hikəm, hədis 7501)
1157. Yolu azdıranlar
3759. İmam Əli (ə): «Allah yanında ən pis insan, özü azğın və başqalarının azğınlığına səbəb olan, əməl olunan sünnəni aradan götürən və tərk olunmuş bidəti bərpa edən zalım rəhbərdir». (Nəhcül-bəlağə, xütbə 164)
3760. İmam Əli (ə): «Allahın yanında iki nəfər ən nifrət olunmuş şəxs var. Bunlardan biri Allahın onu özbaşına buraxdığı şəxsdir. Belə şəxs doğru yoldan azmış və qəlbini bidətəbənzər sözlərə, azdırıcı dəvətlərə bağlamışdır. Buna görə də, ona aldanan şəxslərin fitnə və fəsadına səbəb olur. O, ata-babalarının doğru yolundan çıxıb və öz ardıcıllarını azdırır. Həyatı zamanı və ölümündən sonra başqalarının günahlarının yükünü öz çiyninə çəkər və xətalarının girovu olar..». (Nəhcül-bəlağə, xütbə 17)
3761. İmam Əli (ə) (münafiqləri təsvir edərkən): «Sizi münafiqlərdən uzaq durmağa çağırıram. Çünki onlar həm özləri azıblar, həm də başqalarını azdırarlar, özləri büdrəyiblər və başqalarını da büdrədərlər». (Nəhcül-bəlağə, xütbə 194)
1158. Azğınlığın əsaslarını dağıdan amillər
3762. İmam Əli (ə): «Çətinliyə düşəndə Qurandan kömək alın. Çünki Quran ən böyük dərdlərin -yəni küfr, nifaq, əyinti və azğınlıq kimi dərdlərin şəfasıdır». (Nəhcül-bəlağə, xütbə 176)
3763. İmam Əli (ə): «Bu İslam Allahın dinidir, onu özünüzçün seçin... və onun əsasları azğınlığın əsaslarını viran edər». (Nəhcül-bəlağə, xütbə 198)
Ayətullah Muhəmməd Muhəmmədi Reyşəhri