Yoluxduğu hər dörd nəfərdən birini öldürmək gücünə malik olan yeni göbələk xəstəliyi, ABŞ-ı cənginə alıb 

FaktXeber.com-un verdiyi məlumata görə, ABŞ-ın Oreqon ştatında bu ilin aprel ayından başlayaraq təsirli olmağa başlayan ölümcül göbələk növü, ölkədə sürətlə yayılmağa başlayıb. Yoluxduğu hər dörd nəfərdən birini öldürmək gücünə malik olan yeni göbələk xəstəliyi, insanlarla bahəm heyvanlarda da aşkar olunmağa başlayıb. Qeyd edək ki, "Cryptococcus gattii" adı ilə tanınan yeni göbələk xəstəliyi, yalnız insanları deyil, delfin, it, pişik, qoyun və maral kimi müxtəlif heyvanları da öz hədəfinə çevirib. Ancaq havadan yayılan göbələk xəstəliyi, heyvandan heyvana keçmir.

 

SÜRƏTLƏ YAYILIR

 

Nəzərinizə çatdraq ki, Amerikanın Duke Universitetinın Tibb Mərkəzində işləyən Edmond Brünes, göbələyin təsir sahəsinin gün keçdikcə daha da artdığını ifadə edib. Brünes, çox sürətli yayılan və olduqca ölümcül olan göbələyin, Oreqon ştatının qonşusu olan Vaşinqton və Kaliforniya ştatlarına da yayıldığını söyləyib.