HaqqYolu - İslami örtüyə münasibətdə anti-demokratik hərəkat bütün avropanı bürüməkdədir. Bu hərəkat xalqların yox, rejimlərin hərəkatıdır. Belçikadan, müvafiq qanunu müzakirəyə çıxarmağa hazırlaşan Fransadan sonra İsveçrədə də niqablı hicabın qadağan edilməsi barədə qanun qəbul edilib. İTV xəbər verir ki, Əyalətlər Şurasında ictimai yerlərdə çadra və yaxud niqablı hicabın qadağası 33 əleyhinə, 89 lehinə olmaqla qanuniləşdirilib.Xatırladaq ki, İsveçrədə bir qədər əvvəl minarələrin qadağan edilməsi ilə bağl da qərar qəbul edilib.