Bu barədə Fələstinin "Əl Məəc" saytı məlumat yayıb.

İslam-Azeri.az internet qəzetinin Fələstin İnformasiya Mərkəzinə istinadən verdiyi xəbərə görə, Fələstinin Xüsusi Xidmət orqanlarının əməkdaşı Qəzzada iki İsrail casusunun edamından sonra çox sayda sionist agentinin peşman olduğunu açıqlayıb.

Onun sözlərinə görə, İsrailin xüsusi xidmət orqanı olan "Şabak"la əməkdaşlıq edən iki nəfərin edamı, İsraillə əməkdaşlıq edənlər arasında qorxu yaradıb.

Onlar səhvlərini başa düşdüklərini və əvf üçün Fələstin rəhbərliyinə müraciət etdiklərini də önə çəkən Fələstinin Xüsusi Xidmət orqanlarının əməkdaşı təslim olanların Qəzza hüquq mühafizə orqanlarına çoxlu əhəmiyyətli məlumatlar verdiyini bildirib.