Bismilləhir-rahmənir-rahim

         Hörmətli Azərbaycan Respublika başçısı İlham Əliyev!

Son vaxtlar Azərbaycandan gələn xəbərlər və dindar insanlara qarşı edilən təzyiqlər və səhv siyasət bizləri dərindən narahat edir. Bir çox İslam ölkəsində olduğu kimi qardaş ölkə Azərbaycan da öz müstəqilliyini dini dəyərlərinə borclu olduğunu hərhalda xatırlatmağa ehtiyac yoxdur. Buna görə son zamanlarda ölkəmiz saydığımız ölkənizdə bu dəyərlərin təhqir edilməsi və dini simvollara qarşı edilən hörmətsizliklərin sizdən deyil bir sıra dövlət məmurları tərəfindən qaynaqlandığını ümid edir və bu acınacaqlı vəziyyətin tezliklə şəxsən sizin tərəfinizdən həll edilməsini tələb edirik.

Xatırlatmaq istəyərik ki, hər kəs kimi siz də müsəlman xalqınızdan əmanət aldığınız iqtidarda, etdiyiniz və edəcəyiniz əməllərin bir gün Allahın hüzurunda hesabını verəcəksiniz. Bu səbəbdən inkar edilməz bu həqiqəti nəzərə alaraq vaxt itirmədən müsəlman azəri qardaşlarımızın dəyərlərinə və müqəddəslərinə edilən hücumların və hörmətsizliklərin qarşısını alasınız.

Bizlər Türkiyəli müsəlman qardaşlarınız olaraq, ermənilər tərəfindən qardaşlarımıza edilən zülm və haqsızlıqlar söz mövzusu olduğunda hər vaxt yanınızda olmuşuq. Biz məscidlərdə sizlər üçün dua edər, məscid çıxışlarında Azərbaycandakı zərər çəkmiş qardaşlarımız üçün kömək toplardıq. Amma nə qəribədir ki Allahın evləri hökmündə olan bu məscidlər, bu gün sökülür və hörmətsizliyə məruz qalırlar.

Yenə xatırlatmağa ehtiyac yoxdur ki, əgər gələcəkdə vətənimiz keçmişdəki kimi hər hansı bir düşmən hücumuna məruz qalsa, keçmişdə olduğu kimi, bu gün də bu həbs olunan dindar xalq məscidlərdə toplanaraq cəbhəyə qaçacaqlar, başqaları deyil.

Hər halda buraxılan səhvdən geri dönmək gec deyil. Dəyərlərinə hörmətsizlik edən idarəçiləri xalq, əsla xeyrlə yad etməmiş və etməyəcək. Tarix bu həqiqətin canlı şahididir. Bilməyimiz lazımdır ki unudulmayan padşahlar tikdirdikləri məscidlərə görə unudulmamışlar.

Türkiyə Əhlibeyt Alimləri Dərnəyi