17 iyul 2010 - 19:30

Allahşükür Paşazadə "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin sökülməməsi haqda ölkə başçısına məktub ünvanlayacaq

"Deyerler.org"-a daxil olan məlumata əsasən QMİ sədri Allahşükür Paşazadə "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin sökülməməsi haqda ölkə başçısı İlham Əliyevə məktub ünvanlayacaq. Məlumatda bildirilir ki, hal-hazırda məktubun mətni işlənilir və yaxın günlər ərzində prezident İlham Əliyevə çatdırılacaqdır.Xatırladaq ki, cari ilin mübarək Ramazan ayında Bakı 2 Saylı İqtisad Məhkəməsi Yeni Günəşlidəki "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin sökülməsi və ərazisinin Suraxanı RİH-in balansına verilməsi haqqında qərar çıxarmışdı. Qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verən məscidin dini icmasının iddiası təmin olunmadıqda, icma qərardan kassasiya şikayətilə Ali Məhkəməyə müraciət etmişdi. Öz növbəsində prosesi 3 dəfə təxirə salan Ali Məhkəmə növbədənkənar dördüncü prosesdə birinci instansiya məhkəməsinin (Bakı 2 Saylı İqtisad Məhkəməsinin) qərarını qüvvədə saxlayaraq icmanın şikayətini rədd etmişdir.