Hizbullah: “Müqaviməti İmamlardan öyrəndik!”
Livan “Hizbullah”ınının rəsmiləri Balabek şəhərinin Seyyid Abbas Musəvi məntəqəsində İsrail və ABŞ əleyhinə sərt çıxışlar ediblər.İslam-Azeri.az internet qəzetinin Livan mətbuatına istinadən verdiyi xəbərə görə, Livan “Hizbullah” hərəkatının lideri Seyyid Həsən Nəsrullahın birinci müavini Şeyx Naim Qasim ABŞ-ın Suriyaya, İsrailin isə eyni vaxtda Livana hücum edəcəyi barədə yayılan xəbərə münasibəti belə olub: “Livan İslami Müqavimətinin Livandakı təcrübəsi, ümməti ayağa qaldırdı, düşməni məğlubiyyətə uğratdı. Müqavimət, düşmənin hər addımına qarşı mübarizə etmək üçün hazırdır. Müqavimət, döyüşə sanki “sabah” olacaqmış kimi hazırdır. Biz hər an döyüşə hazırıq. Çünki, getdiyimiz bu yolun bizi qoruyacağına, zəfər gətirəcəyinə, torpaqlarımızın azad edəcəyinə qəti olaraq inandıq. Bu hərəkatın müqabilində duran hər cür yol müvəffəqiyyətsizliyə və məğlubiyyətə məhkumdur. Çünki düşmənin “ipi”, İsraili və cinayətlərini dəstəkləyən Təhlükəsizlik Məclisindəki imperialistlərin əlindədir" .Şeyx Qasim bu yolun İmamət yolu olduğuna da diqqət çəkərək sözlərini belə davam edib: "Biz, imamlardan mübarizə yollarını, şəhidlik məktəbini, mərdlik və cəsurluğu, maddi çətinlikləri aşaraq heç kəsə möhtac olmadan bütün bu maneələri keçməyi öyrəndik”.Livan hökümətində “Hizbullah” tərəfindən təmsil olunan və hökümət naziri Hacı Həsən ABŞ-ın Suriya tərəfindən “Hizbullah”a “Skad” raketlərinin verilməsi xəbərlərinə belə münasibət bildirib: "Bu cür addımlar bizim iradəmizi və hazırlıqlarımızı əsla zəiflədə bilməyəcək" ."İsrailin bu təhdidləri yeni deyil. Həmişə təcavüz və hücuma əl atan İsrail rejiminin yeni hücumları istisna deyil. Ancaq əslində İsrail və Amerikanı qorxudan müqavimətin gücüdür. Bu təhdidlərlə “Hizbullah”ın iradəsini zəiflədəcəklərini sananlar, yanılırlar. Təhdidlər olduqda bizim müqavimət yoluna olan bağlılığımız artır. Suriya və “Hizbullah”ın Fələstinə dəstək verməsindən əl çəkəcəyini düşünənlər səhv edirlər. Amerikanın təzyiq edərək diqtələrini həyata keçirməsi keçmiş zamanlarda qaldı. Biz yolumuza davam edəcəyik və heç bir şeydə kompromisə getməyəcəyik!" deyən “Hizbullah” rəsmisi müqavimətin həmişə olduğundan daha yaxşı bütün gözlənilməz hadisələrə hazır olduğunu bildirib.“Hizbullah”ın digər üzvü, hərəkatın siyasi komitəsinin təmsilçisi Qalib Əbu Zeynəbin isə ABŞ-ın Suriya tərəfindən “Hizbullah”a “Skad” raketlərinin verilməsi xəbərlərinə münasibəti belə olub : “Əgər ABŞ və İsrailin əlində mötəbər dəlillər olsa idi, bu cütlüyün məsələyə yanaşması fərqli olardı. Əlbəttə ki, vətənimizi müdafiə məqsədilə silahlanmaq “Hizbullah”ın haqqıdır. Bu an müqavimət çox güclüdür və İsrailin dərinliklərini vurmağa qadirdir!”
17 iyul 2010 - 19:30
Xəbər kodu: 185811
Livan “Hizbullah”ınının rəsmiləri Balabek şəhərinin Seyyid Abbas Musəvi məntəqəsində İsrail və ABŞ əleyhinə sərt çıxışlar ediblər.