22 avqust 2026 - 12:53
Epişteynçi Tramp Demokrat namizədləri “cihadçı” adlandırdı

Cənubi Karolina ştatının nümayəndəsi Nensi Meys də ABŞ-da vəzifə tutan müsəlmanların milli təhlükəsliyə təhdid olduğunu iddia edib.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: ABŞ-nin epişteynçi Prezidenti Donald Tramp ölkədə keçiriləcək aralıq seçkiləri ərəfəsində Demokratlar Partiyasının namizədlərini hədəfə alaraq onları “cihadçı” adlandırıb.

“The New York Times” qəzetinin məlumatına görə, Tramp Demokratların seçicilər qarşısında nüfuzunu zəiflətmək məqsədilə verdiyi açıqlamalarda “hər yerdə cihadçıların seçildiyini gördüklərini” iddia edib.

Epişteynçi Tramp Demokrat namizədləri “cihadçı” adlandırdı

ABŞ Prezidenti, həmçinin müsəlman namizədləri kommunizm və “cihadçılıq” anlayışları ilə əlaqələndirib və onların amerikalıların ev və əmlaklarını ələ keçirəcəklərini iddia edib.

Trampın açıqlamalarında ABŞ-da yaşayan Somali əsilli icmaya qarşı da sərt ifadələr səsləndirilib. O, bu icmanın ölkənin idarə olunması ilə bağlı fikir bildirməsini tənqid edib.

ABŞ-da son seçkilərdə uğur qazanan bəzi müsəlman siyasətçilər də Trampın tənqidlərinin hədəfinə çevrilib. Onların arasında Miçiqan ştatında Senata seçkilərin ilkin mərhələsində iştirak edən Əbdül Sayed və Nyu-York şəhərinin meri seçilən Zöhran Məmdani də var.

Epişteynçi Tramp Demokrat namizədləri “cihadçı” adlandırdı

Əbdül Sayed CNN telekanalına açıqlamasında Trampın hücumlarına cavab verərək onun və həyat yoldaşının görüntülərini tənqid edib və öz ailəsinin münasibətlərini buna qarşı nümunə göstərib.

Respublikaçılar Partiyasının bəzi digər nümayəndələri də müsəlman namizədləri hədəfə alan açıqlamalarla çıxış ediblər. Cənubi Karolina senatoru və Respublikaçı Senatorlar Komitəsinin rəhbəri Tim Skott Əbdül Sayedə qarşı yayılan siyasi reklamları müdafiə edib və onun regiondakı silahlı qruplarla əlaqəli olduğu barədə iddialar səsləndirib.

Alabama senatoru Tommi Tubervil isə müsəlman namizədləri “radikal islamçı” və “terrorçu” adlandırıb.

Cənubi Karolina ştatının nümayəndəsi Nensi Meys də ABŞ-da vəzifə tutan müsəlmanların milli təhlükəsliyə təhdid olduğunu iddia edib.

Bununla yanaşı, Respublikaçılar Partiyasının bəzi üzvləri bu ritorikanı tənqid edib. Luiziana senatoru Bill Kessidi Trampın açıqlamalarını pisləyib.

Amerika-İslam Münasibətləri Şurasının (CAIR) direktor müavini Edvard Əhməd Mitçel də Trampın müsəlman seçilmiş rəsmiləri təhlükə kimi təqdim etməsini tənqid edib. O bildirib ki, bu cür açıqlamalar ABŞ-da müsəlman siyasətçilərə qarşı düşmənçiliyi artıra bilər. :::

Sizin rəyiniz

You are replying to: .
captcha